Icma.az
close
up
RU
Qadınların reproduktiv (dölyaratma) sistemi

Qadınların reproduktiv (dölyaratma) sistemi

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Anatomik quruluşuna görə qadın reproduktiv üzvlərini iki hissəyə ayırırlar: qadının xarici və daxili cinsiyyət üzvləri.

Qadının xarici cinsiyyət üzvlərinə vulva (böyük və kiçik cinsi dodaqlar, klitor, uşaqlıq yolu önü vəzilər) və uşaqlıq yolu, daxili qadın cinsiyyət üzvlərinə isə uşaqlıq, uşaqlıq (və ya fallop) boruları və yumurtalıqlar aid edilir.

Qadının xarici cinsiyyət üzvləri (orqanları)

Qızlarda xarici və daxili cinsiyyət üzvlərinin sərhədi qızlıq (bəkarət) pərdəsi hesab edilir. Bəkarət pərdəsi, aybaşı (menstruasiya) zamanı uşaqlıq səthindən ifraz olunan qan kütləsinin axıb xaric olması üçün səthində bir, iki və ya daha artıq sayda dəlikləri olan elastik pərdədən ibarətdir.

Əksər qadınların fikirlərinin əleyhinə olaraq, həkim tərəfindən ginekoloji müayinə aparıldıqdan sonra heç də hər zaman onun qız və ya qadın olmasını qəti şəkildə söyləmək olmaz. Qızlıq (bəkarət) pərdəsinin tam olması və ya onun tamlığının pozulması heç də bütün hallarda qadının keçmiş seksual həyatı barədə qəti şəkildə fikir söyləməyə imkan vermir. Qızlıq pərdəsi erkən uşaq yaşlarında alınan travma, yıxılma, bacarıqsız yuyunma və sairə nəticəsində kəskin şəkildə dartıla və ya deşilə bilər. Bəzi hallarda isə qız uşaqlarında anadangəlmə olaraq qızlıq pərdəsi ya olmaya bilər, ya da usaqlığın girişini natamam şəkildə örtə bilər. Əksinə, cinsi akt heç də hər zaman qızlıq pərdəsinin cırılmasına - deşilməsinə səbəb olmaya bilər. Belə ki, bəzi hallarda, daha elastik olması nəticəsində qızlıq (bəkarət) pərdəsi dartılsa da cırılma (deşilmə) ilə nəticələnmir.

Bəzi hallarda cinsi inkişaf dövründə, ikincili cinsi əlamətlərin normal inkişaf etməsi fonunda qız uşaqlarında menstruasiyanın (aybaşının) olmaması və hər ay qarının aşağı hissəsində ağrıların olması baş verə bilər. Bu zaman qızlıq (bəkarət) pərdəsindəki dəliyin tam şəkildə tutulmasından şübhələnmək olar. Belə hallarda təcili olaraq həkim müdaxiləsi tələb olunur.

Qızlıq pərdəsinin tamlığı, adətən, ilk cinsi akt zamanı pozulur. Bu tamlığın pozulması anında bir qədər ağrı hissiyyatı əmələ gəlir və az miqdarda qan xaric olur. Bəzi hallarda isə cinsi əlaqə zamanı qızlıq pərdəsinin cırılması kişi və qadın tərəfindən özünü heç bir əlamətlə büruzə vermir. Yadda saxlamaq lazımdır ki, bəzi hallarda qızlıq pərdəsinin tamlığının pozulmaması halında da qadınlarda hamiləlik baş verə bilər. Belə ki, qadının xarici cinsiyyət üzvlərinə düşmüş kişi cinsi hüceyrələri (spermatozoidlər) qadın cinsi hüceyrələri ilə mayalanmaq üçün qızlıq pərdəsinin tamlığı pozulmadan da onun üzərindəki dəlikdən qadının daxili cinsiyyət üzvlərinə daxil ola bilər. Tibbi praktikada belə hallara heç də az təsadüf edilmir.

Qarının aşağı hissəsindəki üçbucaq formalı hündürlük sahəsi qasıq (zöhrə təpəciyi) nahiyəsi adlanır. Cinsi inkişaf dövrünün başlanması ilə dərialtı piy təbəqəsi yaxşı inkişaf etmiş bu sahə qısa və zərif tüklərlə örtülmüş olur. Tüklü sahənin yuxarı hissəsi, adətən, horizontal xətt üzrə sərhədlənir. Tüklərin bu sərhəddən yuxarı paz şəklində yayılması orqanizmin hormonal balansının pozulması ilə əlaqədar ola bilər. Cinsi hormonların çatışmazlığı zamanı isə bu sahənin tüklənməsi çox zəif olur.

Zöhrə (qasıq) təpəciyi aşağı hissədə dərialtı piy təbəqəsi ilə zəngin, uzunsov formalı dəri qatından ibarət olan böyük cinsiyyət dodaqlarına keçir. Onların xarici hissəsi tük təbəqəsi ilə örtülmüş olur, daxili tərəfləri isə selikli qişanı xatırladır.

Kiçik cinsiyyət dodaqları böyük dodaqlardan içəri tərəfə olmaqla yerləşən dəri qatından ibarətdir. Kiçik cinsiyyət dodaqlarının daxili səthi seliklə örtülmüş olur və xeyli sayda sinir ucları və qan damarları ilə zəngindir.

Böyük cinsiyyət dodaqlarının arasında cinsiyyət yarığı yerləşir. Böyük dodaqların daxili səthində cinsiyyət yarığını isladan möhtəviyyatı, bartolin vəziləri ifraz edir. Cinsiyyət yarığının yuxarı hissəsində, kişi cinsiyyət üzvünə bənzəyən, amma ölçüsi çox kiçik olan bir orqan - klitor, ondan bir qədər aşağıda isə sidik kanalının xarici dəliyi yerləşir.

Qızlıq pərdəsindən sonra başlayan uşaqlıq yolu (uzunluğu 8-12 sm və eni 2-3 sm olan) uzunsov boru şəkilli bir orqandır. Anatomik olaraq kiçik çanaq boşluğunda yer tutmuş olan uşaqlıq yolunun ön tərəfində sidik kisəsi və arxa tərəfində isə düz bağırsaq yerləşmişdir. Uşaqlıq yolunda köndələn şəkilli büküşlər vardır ki, bu da onun 20 sm-dək uzanmasına imkan verir. Uşaqlıq yolunun divarları əzələ və birləşdirici toxumalardan təşkil edilmiş, səthi isə selikli qişa ilə örtülmüşdür. Uşaqlıq yolu yuxarı hissədə uşaqlıq boynunu əhatə edir.

Daxili cinsiyyət üzvləri

Uşaqlıq armudvari formada olub geniş hissəsi yuxarı tərəfə yönəlməklə anatomik olaraq - önündə sidik kisəsi, arxasında isə düz bağırsaq olmaqla kiçik çanaq boşluğunun mərkəzində yerləşir. Uşaqlığın ölçüsü toyuq yumurtası boyda, çəkisi isə cavan qadınlarda 50 qrama yaxındır. Yuxarı geniş hissəsi uşaqlıq cismi, aşağı hissəsi isə uşaqlıq boynu adlanır. Xarici tərəfdən uşaqlıq qalın qatla, daxili tətəfdən isə zərif selikli qişa (endometrium) ilə örtülmüşdür. Endometrium qişasında mütəmadi (periodik) olaraq menstruasiya dövrünün (tsiklinin) müxtəlif mərhələlərinə (fazalarına) uyğun dəyişikliklər baş verir. Uşaqlıq boynu vəziləri tərəfindən ifraz olunan xüsusi maddə uşaqlıq boynu kanalında selikli tıxac şəklində yığılaraq, uşaqlıq boşluğuna xaricdən xəstəliktörədici mikrobların daxil olmasının qarşısını alır.

Yumurtalıqlar - iki sayda olmaqla uşaqlığın sağ və sol tərəflərində yerləşirlər. Uzunluğu 2,5-4 sm, eni 1,5-2 sm ölçüsündə uzunsov formada olan yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməsi və “saxlanması” baş verir. Yumurtalıqlar yumurta hüceyrələrini qız uşağının bətndaxili inkişaf dövründən başlayaraq toplamağa başlayırlar. Belə ki, yeni doğulmuş qız uşaqlarının iki yumurtalığında yüz minlərlə yumurta hüceyrəsi olur. Bütün bu hüceyrələr cinsi yetkinlik dövrünə qədər (təxminən 12 yaşadək) fəaliyyətsiz olaraq qalırlar. Cinsi yetkinlik dövrünün başlamasından klimaks (aybaşının kəsilməsi) dövrünə qədər olan müddət ərzində qadınlarda 300-400 sayda menstrual tsikl olur. Bunun da nəticəsində o qədər sayda da mayalanma qabiliyyəti olan yumurta hüceyrələri (qadın cinsi hüceyrələri) yetişdirilmiş olur.

Bundan başqa, yumurtalıqlar, həmçinin vacib daxili sekresiya üzvlərinə də aid edilir. Belə ki, onlar əsas qadın cinsi hormonlarını - esterogenləri də hazırlayırlar. Bu hormonların təsiri altında qadın cinsiyyət üzvləri inkişaf edir, qadınlara məxsus xarakterik xarici əlamətlər formalaşır (qadının müvafiq bədən forması, bəzi sahələrin tüklənməsi və s.), həmçinin qadınlara məxsus cinsi həssaslıq (temperament) inkişaf etmiş olur.

Uşaqlıq cisminin yuxarı hissəsinin sol və sağ tərəflərindən ayrılan uşaqlıq (Fallopi) boruları yerləşir. Uşaqlıq boşluğundan başlayan bu boruların saçaq şəkilli çıxıntılarla qurtaran qıf formalı digər ucu isə yumurtalıqlara yaxın olmaqla qarın boşluğuna açılır. Borunun uzunluğu 10-12 sm, boşluğunun diametri isə bir neçə mm olur. Boruların daxili selikli qişası xovlarla zəngindir. Uşaqlıq borularının quruluşu kifayət qədər mürəkkəb olur. Bu borular bir neçə funksiya daşıyırlar. Yumurtalıqda inkişaf etmiş yumurta hüceyrəsi qarın boşluğuna düşdükdən sonra Fallopi borusunun saçaq şəkilli çixintıları öz həkətləri ilə onu borunun ucundakı qıf hissəyə, oradan isə borunun içərisi ilə uşaqlıq boşluğuna ötürürlər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:705
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri