Icma.az
close
up
RU
Qadınların status rəmzi hesab etdiyi, kişilər üçün heç bir mənası olmayan 11 şey

Qadınların status rəmzi hesab etdiyi, kişilər üçün heç bir mənası olmayan 11 şey

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Qadınların uğur və nailiyyətlərə dair ideal baxışları bəzən kişilərlə üst-üstə düşsə də, bəzi fərqlər qalmaqdadır. Xüsusilə qadınların status rəmzi kimi gördüyü müəyyən əşyalar kişilər üçün tamamilə mənasız görünə bilər.

Qaynarinfo xəbər verir ki, "Your Tango" nəşri qadınların status göstəricisi hesab etdiyi, lakin kişilər üçün önəm daşımayan 11 belə şeyi sadalayıb.

1. Brend çantalar

Bir çox qadın üçün dəbdəbəli çanta təkcə aksesuar deyil, həm də uğur və status göstəricisidir. Belə çantalar həm eksklüzivlik, həm də özünüifadə vasitəsi kimi qiymətləndirilir. Kişilər isə bu çantalara sadəcə içərisinə əşyalar qoyulan bir "kisə” kimi baxırlar.

2. Dizayner ayaqqabıları

Dizayner markalı ayaqqabılar qadınlar üçün təkcə rahatlıq yox, həm də sosial statusun göstəricisidir. "Bottega Veneta" ayaqqabısı və ya "Balenciaga" idman ayaqqabısı geyinmək onlara görə əldə edilmiş uğurun simvoludur. Kişilər üçün isə bu, əksər hallarda sadəcə bir cüt ayaqqabıdır.

3. Lüks kosmetika

Qadınlar makiyaj vasitələrinə – məsələn, "Dior"un allığına və ya "Chanel"in bronzerinə – böyük pullar sərf etməkdən çəkinmir. Bu brendlər onlara prestij və özünəinam hissi verir. Halbuki kişilər bu məhsulları çox vaxt bir-birindən ayırmır və mahiyyətinə varmırlar.

4. Təzə manikür

Daimi manikür qadınlar üçün yalnız estetik deyil, həm də sosial statusun ifadəsidir. Baxımlı dırnaqlar qadınların gözəllik rutininin ayrılmaz hissəsinə çevrilib, kişilər üçünsə bu detal çox vaxt nəzərəçarpmaz olur.

5. Yüksək səviyyəli dəriyə qulluq vasitələri

Qadınlar dərilərinə qulluq edərkən istifadə etdikləri məhsulları diqqətlə seçir, bu da onların sağlam görünüşə və statusa verdiyi önəmi göstərir. Kişilər isə bu məhsulları tez-tez eyni kateqoriyaya aid "qablarda krem” kimi dəyərləndirirlər.

6. Brend su qabları

Müasir dövrdə qadınlar üçün su içmək təkcə sağlamlıq deyil, həm də dəb məsələsidir. Məşhur markaların su qabları və stəkanları ("Stanley” kimi) status göstəricisinə çevrilib. Kişilər isə eyni funksiyanı yerinə yetirən sadə qablarla kifayətlənirlər.

7. Bahalı ətirlər

"Tom Ford" və "Chanel" kimi markalardan olan parfümlər bir çox qadın üçün lüksün zirvəsi sayılır. Bu ətirlər onların zövqünü və statusunu nümayiş etdirir. Kişilər üçünsə ətir seçimi çox zaman praktik və funksional olur.

8. Dəyərli idman geyimləri

Qadınlar bahalı idman geyimlərini təkcə rahatlıq üçün deyil, həm də özünəinam və üslub üçün seçir. Keyfiyyətli idman geyimi onları daha çox idman etməyə təşviq edə bilər. Kişilər üçünsə idman geyimi adətən sadəcə funksionallıqla ölçülür.

9. Kafedə içilən estetik qəhvə

Bir fincan "latte” və ya "mokko” qadınlar üçün gündəlik ritual və estetik zövq mənbəyidir. Onlar bu içkilərlə öz üslublarını və həyat tərzlərini nümayiş etdirirlər. Kişilər isə çox vaxt sadəcə kofein ehtiyaclarını ödəməyə üstünlük verirlər.

10. Brendli səyahət çamadanları

Qadınlar səyahət üçün seçdikləri çamadan dəstləri ilə öz zərifliklərini və zövqlərini vurğulamaq istəyirlər. Kişilər üçün isə bu, əşyaları rahat daşımaq üçün bir vasitədən artıq deyil.

11. Lüks pijama

Yuxu üçün şık, ipək pijamalar bir çox qadın üçün rahatlıqla yanaşı, dəbdəbəli həyat tərzinin simvoludur. Bu paltarlar onların özlərinə göstərdiyi diqqətin və yüksək zövqün göstəricisi kimi qiymətləndirilir. Kişilər üçünsə pijama, sadəcə rahat yuxu vasitəsidir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyun 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri