Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 sentyabr, AZƏRTAC

Qafqaz Albaniyasının tarixinin öyrənilməsi Azərbaycanın qədim dövlətçilik, xristianlıq və mədəniyyət tarixinin mühüm qatlarının araşdırılması baxımından əhəmiyyətlidir. Alban dövlətinin süqutundan sonra da bu ərazilərdə formalaşmış əhali və mədəni irs mövcudluğunu davam etdirib. Alban irsi Azərbaycan tarixinin çoxqatlılığını göstərən mühüm mənbələrdəndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri Ədalət Mustafayev deyib. O bildirib ki, Alban kilsəsinin müstəqil dini iyerarxiyası olub və Gəncəsər katolikosluğu əsrlər boyu fəaliyyət göstərib. Çar Rusiyasının Cənubi Qafqazı işğalından sonra isə bölgədə aparılan inzibati və dini dəyişikliklər nəticəsində 1836-cı il Rusiya Əsasnaməsi ilə Alban kilsəsinin ayrıca strukturu ləğv edilərək Erməni Apostol Kilsəsinin tabeliyinə verilib. Sonrakı dövrdə alban kilsələrinə, kitabələrinə və digər xristian irsi nümunələrinə münasibətdə onların erməni tarixi-mədəni irsi kimi təqdim edilməsi halları müşahidə olunub. İşğal dövründə Xudavəng, Gəncəsər və digər abidələrdə aparılan müdaxilələr və “bərpa” işləri də bu baxımdan araşdırılmalıdır.

“Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı dövründə bütün bunların konkret nümunələrini gördük. Xudavəngdə, Gəncəsərdə və digər alban irsi nümunələrində aparılan “bərpa” və təqdimat siyasəti həmin abidələrin erməni tarixi-mədəni irsi kimi göstərilməsinə xidmət edib. Azərbaycan tərəfinin sonrakı araşdırmalarında bir sıra abidələrdə müdaxilələr, kitabə və digər mədəni nümunələrin çıxarılması barədə faktlar ortaya qoyulub.

İşğala qədər sovet rəhbərliyinin ikili siyasəti, sonra isə erməni işğalı, Azərbaycan alimlərinin həmin ərazilərə sərbəst və sistemli elmi çıxışına imkan verməyib. Buna görə otuz ilə yaxın müddətdə abidələri yerində araşdırmaq, kitabələri müqayisə etmək, aparılan dəyişiklikləri sənədləşdirmək və nəticələri beynəlxalq elmi dövriyyəyə çıxarmaq imkanlarımız ciddi şəkildə məhdud idi.

İndi vəziyyət dəyişib və əsas iş məhz indi başlamalıdır. İşğaldan azad olunmuş ərazilərdə alban abidələri kompleks şəkildə tədqiq edilməli, kitabələr yenidən oxunmalı, arxiv fotoşəkilləri ilə indiki vəziyyət müqayisə olunmalı, 3D modellər və rəqəmsal reyestr yaradılmalıdır. Eyni zamanda, Göyçə və Zəngəzurda qalmış mümkün alban irsi köhnə xəritələr, arxeoloji hesabatlar və yazılı mənbələr əsasında ayrıca araşdırılmalıdır”, – deyə alim vurğulayıb.

Ədalət Mustafayevin sözlərinə görə, vurulan zərər yalnız bir neçə daşın və ya kitabənin dəyişdirilməsi deyil: “Əsas zərər Azərbaycanın qədim xristian tarixinin bir hissəsinin başqa xalqın tarixi kimi dünyaya təqdim edilməsi cəhdləridir. Qafqaz Albaniyasını araşdırmaq öz tariximizə sahib çıxmaq, Azərbaycan mədəni irsinin mühüm bir qatını elmi sübutlarla qorumaq və onu öz həqiqi tarixi kontekstinə qaytarmaq deməkdir.

Bu istiqamətdə araşdırmalar yalnız tarixi faktların dəqiqləşdirilməsi baxımından deyil, həm də abidələrin qorunması, gələcək nəsillərə çatdırılması və Azərbaycanın qədim mədəni irsinin beynəlxalq elmi mühitdə təqdim olunması üçün əhəmiyyətlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri