Icma.az
close
up
RU
Qafqaz dağlarını aşmaq istəyən “Duma qırğıları”və hikkə siyasətinin sonu

Qafqaz dağlarını aşmaq istəyən “Duma qırğıları”və hikkə siyasətinin sonu

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Rusiyadan Azərbaycan əleyhinə əsassız və yersiz təhdidlər davam edir. “Şimal küləyi”ni əsdirənlərin dişində şirə qalıb: Azərbaycanı “Gülüstan” və “Türkmənçay”dakı kimi tikə-para edə biləcəklərini, 1920-ci ilin aprelində müstəqil, demokratik dövlətimizi qan içində boğduqları kimi, 90-cı ilin yanvarında qətliamlar törətdikləri kimi, yenə də işğal edə biləcəklərini zənn edilər.

Ölkəmizə qarşı hücum kampaniyasında xüsusi canfəşanlıq edənlərin içərisində biri də var: Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev. Ölkəmizə qarşı təhdidlərinin ardınca özünü təmizə çıxartmağa çalışıb, iddia edib ki, guya Azərbaycan mallarının idxalının dayandırılmasının mümkünlüyü barədə danışarkən Azərbaycanı təhdid etmədiyini bildirib. Rus general-deputatı RTVI-ya müsahibəsində “Mən onları hədələməmişəm. Səs yazısını diqqətlə dinləyin. İş ondadır ki, bir neçə əsas məqam var. Səs yazısına baxırsınızsa, mən sözün əsl mənasında bunları dedim: birincisi, böyük qonşu ilə heç bir səbəb olmadan münasibətləri korlamaq üçün böyük ağıl lazım deyil. İkinci, əgər münasibətlər pisləşsə, yəqin ki, Azərbaycan zərər çəkəcək. Üçüncü, Azərbaycan da Rusiyadan karbohidrogen ixrac edə bilməyəcək. Dördüncüsü, diqqət çəkən əsas məqam var ki (nədənsə buna susurlar), orada NATO-dan kimsə görünməlidir. Bu qəbuledilməzdir. Xatırladım ki, Ukraynada xüsusi hərbi əməliyyat məhz Ukraynanın NATO-ya daxil olmaq istəyi və cəhdlərinə görə başlayıb. Əsas məqam budur, elə deyilmi? Hamısı bu qədərdir”, – Qurulev bildirib. Qızıl-qırmızı iddia edib ki, onun sözlərini Azərbaycanda tam oxumayıb, izləməyiblər:

 “Mənim çıxışımı onlar tam şəkildə görməyiblər, sizi əmin edirəm. Amma onlar (azərbaycanlılar) bunu eşitdilər. Sonra nə olacağını yaxşı düşünsünlər”.

Amma ardınca yenə də mahiyyətini nümayiş etdirib. Azərbaycanlı deputat Rasim Musabəyovun ona cavabından da qeyzlənən Qurulev qırmızı xətti keçərək ölkəmizi yenidən təhdid edib. Musabəyov Azərbaycanı işğal etmək istəyənlərə arada Qafqaz dağlarının olduğunu, ölkəmizə qarşı “xüsusi hərbi əməliyyat” keçirmək mümkün olmadığını xatırlatmışdı. Qurulev isə “Mən hamıya, dostlarıma Çeçenistanı xatırladıram. Orada dağlar az deyil”, deməklə növbəti dəfə gerçək simasını nümayiş etdirib.

Bundan əvvəl həmin bu Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyi ilə qorxutmağa çalışmışdı. İddiasına görə, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək, Azərbaycan Milli Məclisinin üzvü, deputat Vüqar Bayramov isə cavabında konkret faktları təqdim edərək bildirib ki, idxal qadağan edilərsə, bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq, bunu hər iki ölkənin yayımladığı statistika təsdiq edir. “Belə ki, 2024-cü ildə Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub. Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox rusiyalı iş adamları ziyan görəcəklər”, iqtisadçı deputat bildirib.

Təsəvvür edin, Rusiya təkcə bir il ərzində Azərbaycandan 2,5 milyardlıq qazanc əldə edib, amma onun deputat(lar)ı ölkəmizi iqtisadi sanksiya ilə hədələyir. Anormallıqdır, Ukrayna bataqlığında olmağın, dünyanın sanksiyalar burulğanında çabalamağın, aqoniya vəziyyətinə düşməyin məntiqi nəticəsidir. Azərbaycanı Çeçenistan variantı ilə hədələyən rusiyalı deputat heç olmasa ayıbına kor olmalı, ölkəsinin çeçen xalqına qarşı həyata keçirdiyi cinayətləri yada salmamağa çalışmalı idi. Sanki böyük bir yaxşılıq ediblər Çeçenistana qarşı, onu Azərbaycana “nümunə” göstərirlər. 

Duma üzvü və onun həmfikirləri hələ də anlamaq istəmirlər ki, bu davranışlarla “baltanı öz ayaqlarına vururlar”. Azərbaycan nəinki Rusiya ilə, heç bir yaxın-uzaq ölkə ilə münasibətləri korlamaq niyyətində heç vaxt olmayıb. Əksinə, Rusiyadır ölkəmizə qarşı hər cür pisliklərə əl atan: Qurulovun xatırlatdığı Çeçenistan səmasında terror edilən, Rusiya hərbçiləri tərəfindən raketlərlə vurulan AZAL-a məxsus mülki təyyarə ilə bağlı cinayətləri etiraf etməkdənsə, günahkarları cəzalandırmaqdansa, zərərçəkənlərə və ailələrinə kompensasiya ödəməkdənsə, Kreml Azərbaycanı təhdid edir, onun təbliğat ruporları da “ağam mənə kor deyib, hər gələni “vur” deyib”, yanaşması ilə ağızlarına və ağıllarına gələni yağdırırlar. Qurulev və onun kimiləri hələ də başa düşə bilmirlər ki, Ukraynada hər həftə minlərlə hərbçi itirən Rusiyaya qarşı ikinci cəbhənin açılması bu ölkə daha fəlakətli durumla üz-üzə qoya bilər. Bu situasiyada Azərbaycana və azərbaycanlılara qarşı yol verilən cinayətlərə görə cavab vermək, öhdəliklərinə əməl etmək əvəzinə, “Səlib yürüşü”nü davam etdirmək üçün heç də böyük ağıl sahibi olmaq lazım deyil. 

Azərbaycanın Ukraynaya 2 milyon dollarlıq humanitar yardım göndərməsi rusiyadakı imperialistlərə yaman yer eləyib. Beynəlxalq hüquq anlayışına belə allergiyası olan bu zatlar anlamaq istəmirlər ki, siyasətində hər zaman humanizm prinsiplərini əsas götürən Azərbaycanın ukraynalı uşaqları, yaralıları qaranlıqdan xilas etmək istəyi Qəzzadakı ac-yalavac, müharibə dəhşətlərindən əzablar çəkən günahsız tifillərə ərzaq yollamaq qədər nümunəvi addımdır. Azərbaycan dövləti Fələstinə də, Suriyaya da, dünyanın digər fəlakətlərlə üz-üzə qalan xalqlarına da yardım əlini daim uzadıb və bu kimi bəşəri mövqeyi ilə seçilənlərdən olub. Qurulev və onun kimilər anlamalıdır ki, bu müharibə də sonda sülhlə başa çatacaq, necə ki, artıq Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə sülhün paraflanması prosesi həyata keçirildi. Rusların və ukraynalıların bir-birinə qan bağı barədə güman ki, qurulevlərin də məlumatı var. Vaxt gələcək bu xalqlar düşmənçiliklərini unudacaqlar və bəlkə də bir-birinə ən yaxın ölkələr və millətlər olacaqlar. Əsrlər keçəcək, bir-birinə qırdırılan, Rusiyanın hərbi-siyasi rəhbərliyinin ərazi hərisliyinin qurbanına çevrilən iki qardaş xalqı bir-birinə qırdıranların siyasətinə qarşı çıxan və müharibə qurbanlarına dəstəyini bütün təhdidlərə rəğmən, davam etdirən Azərbaycanın ər davranışları, mərd siyasəti nümunə olaraq xatırlanacaq. Zatulin, Qurulev, Azərbaycanı bombalamaqla hədələyən (!) Delyagin,  Aleksandr Şerin, Vitaliy Milonov, Nikolay Valuyev... kimi “Duma qırğıları” utanmazcasına Azərbaycanı hədələməkdənsə, deputat Azər Badamovun Rusiyadan heç bir əsas gətirilmədən deportasiya edilməsi, Yekaterenburqda azərbaycanlılara qarşı qətliamlara, Rusiyadakı soydaşlarımızın mal və can varlığına qarşı təhdidlərə görə üzr istəməlidirlər! Qafqaz dağlarını aşmaqla hədələyənlər nəhayət, anlamalıdır: bu siyasət Rusiyanı məhvə aparır, bu gedişlər 17 milyon kv.km-lik imperiya varisi ən azı 17 parçaya bölünəcək, hikkə, işğalçılıq siyasətinin sonu budur! “N” qədər tarixi təcrübə var.

Heç olmasa kremldəkilər “Rus dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duqin cəsarətli etiraflarından ibrət götürsünlər. “Qırğı”ların səs-küyü içərisində eşidilən həqiqət budur: “Rusiya regiondakı nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri qəbul edib böyük dövlət statusunu bərpa etmək vaxtıdır”.

Müstəqil siyasət yürüdən, Qoşulmayanlar Hərəkatının üzvü olan Azərbaycan beynəlxalq hüququn, ədalətin yanındadır, haqlı tərəfdir, Qarabağ məsələsində olduğu kimi. Bu dəfə də haqlı olduğumuz kimi, uğur da bizimlə olacaq, müttəfiq olmaq istəməyənlər, imzasının arxasından qaçmağa çalışanlar, əlaqələri baltalamağa davamlı səy göstərənlər uduzacaqlar! Azərbaycanı “Şimal küləyi” ilə təhdid edənlər unutmasın!

Elşad Paşasoy

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri