Icma.az
close
up
RU
Qafqaz tarixi türk xalqlarının zəngin mədəni irsi ilə bağlıdır ŞƏRH

Qafqaz tarixi türk xalqlarının zəngin mədəni irsi ilə bağlıdır ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vilayətinin iddiaları əsassız və siyasi motivlidir


“2500 illik fars tarixi uydurmadır, əsl tarix türk xalqlarına aiddir”

İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Kirin (Əhəmənilər dövlətinin hökmdarı II Kir, e.ə. 559–530) dövründən Qafqazın İran üçün strateji təhlükəsizlik buferi olduğunu iddia edib. O, çıxışında Herodotun yazılarına istinad edərək, həmin dövrdə massaget, skif və sak tayfalarının “vəhşi” adlandırıldığını və İranın bu tayfaların işğalından qorunmaq üçün Qafqazda sədd yaratdığını bildirib.


Vilayəti həmçinin ilahiyyatçı Məhəmmədhüseyn Təbatəbaiyə istinadla Quranda adı keçən Zülqərneynlə Kirin eyni şəxs olduğunu iddia edib. Halbuki bu iddia tarixi və dini mətnlərdə mübahisəli mövzu kimi qəbul olunur, çünki bir sıra tarixçilər Zülqərneyn və Kirin arasında birbaşa paralelliyi qəbul etmirlər.

Onu da deyək ki, II Kir e.ə. 530-cu ildə Skif dövləti ilə döyüşdə öldürülüb. Skif dövlətinin hökmdarı Tomris əsir götürülən Əhəmənilərin hökmdarının başını kəsərək həyatına son qoyub.

AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a açıqlamasında deyib ki, bu cür açıqlamalar yalnız türk xalqlarının tarixi irsini yanlış təqdim etməyə xidmət edir və heç bir tarixi əsaslara söykənmir: 


“İran adlanan ölkənin rəhbərləri bir qayda olaraq Azərbaycana qarşı uydurma və böhtanlarla çıxış edirlər. İranın rəhbərlərinin Azərbaycanın tarixi ilə bağlı səsləndirdiyi iddialar, adətən, əsassız və siyasi motivli olur. Əli Əkbər Vilayəti də bu kontekstdə istisna deyil. Onun bir çox açıqlamaları kimi sonuncu ittihamları da əsassız və uydurmadır, siyasi məqsədlərlə formalaşdırılıb. Əhəmənilər dövründən bu günə qədər Qafqazın yalnız İran üçün strateji “təhlükəsizlik buferi” kimi təqdim olunması tarixi gerçəkliklə üst-üstə düşmür. Əksinə, bu torpaqların çoxəsrlik tarixində türk dövlətləri həmişə önəmli rol oynayıb. Tarixi sənədlər göstərir ki, Qafqazda Əhəməni və Sasani dövlətlərindən qat-qat əvvəldən türk dövlətləri mövcud olub. Son 1100 ilin ən azı 1000 ilində bu ərazilərdə türk dövlətlərinin hakimiyyəti hökm sürüb. Bu dövrlərdə Massaget, Skif, Sak və digər türk tayfaları regionun siyasi, hərbi və mədəni həyatında əsas rol oynayıblar. 1925-ci ildən sonra Pəhləvilərin hakimiyyətə gəlməsi ilə İran adı altında mərkəzləşdirilmiş dövlət formalaşsa da, Qafqazın tarixi və strateji əhəmiyyəti əsasən türk xalqları ilə bağlıdır və bu gün də belədir”.


F.Ələkbərli eyni zamanda Vilayətinin Massaget, Skif və Sak kimi türk tayfalarını “vəhşi” adlandırmasını sərt şəkildə tənqid edib. O bildirib ki, bu tayfalar dünya mədəniyyətinə əvəzsiz töhfələr veriblər: 

“Tarixi faktlar göstərir ki, dünyada ən zəngin mədəniyyət abidələri məhz türk xalqları tərəfindən yaradılıb. Onun vəhşi dediyi türk xalqları dünyaya böyük mədəniyyətlər bəxş edib. Vilayətini narahat edən də massaget-skif-saklarının əsl vəhşi olan 2-ci Kirə layiqli yerini göstərə bilmələridir. 2-ci Kir və onun davamçıları hər daim türk mədəniyyətinin qalıqları üzərində özlərinə mədəniyyət yaradıblar. Çox təəssüflər olsun ki, bunu etiraf etmək əvəzinə türk xalqlarını vəhşi adlandırırlar. 2-ci Kiri qətlə yetirən Tomris bir neçə dəfə onu sülh danışıqlarına dəvət edib, lakin Kir Tomrisin oğlunu öldürdüyü üçün onun layiqli cavabını verib.Daha sonra isə Səlcuq və Osmanlı imperiyaları dövründə türk xalqları farsların dilinə və mədəniyyətinə heç vaxt zərər verməyiblər; əksinə, bu xalqların mədəniyyətləri qorunub və inkişaf etdirilib. Bu fakt Vilayəti kimi şəxslərin iddialarının nə qədər əsassız olduğunu bir daha göstərir. Bu, birmənalı olaraq “vəhşi” dedikləri türk xalqlarının böyüklüyüdür”. 


Alim həmçinin qeyd edib ki, tarixi baxımdan, 2500 illik uydurma fars tarixinin, əslində, cəmi 4–5 əsrlik mövcudluğu var. Geri qalan hissə isə türk xalqlarının tarixidir: 

“Tarixi sübutlar da göstərir ki, türk xalqları Qafqazın və Orta Asiyanın siyasi, mədəni və sosial inkişafında həlledici rol oynayıb, bölgədə davamlı mədəniyyət irsi yaradıb. Hər hansı bir iddia ilə bu tarixi reallıqları dəyişdirmək mümkün deyil. Vilayətini narahat edən əsas məsələ də türk xalqlarının Qafqazdakı əvvəlki tarixi qüdrətinin yenidən görünməsi və mədəni irsinin bərpasıdır. Qafqazın tarixi və mədəni irsi türk xalqları ilə sıx bağlıdır. Azərbaycan və türk tarixinin davamlılığı, mədəniyyətin qorunması və tarixi reallıqların müdafiəsi bugünkü və gələcək nəsillər üçün əsasdır. Tarixi faktların düzgün təqdim olunmaması, əsassız iddiaların səsləndirilməsi həm bölgədə tarixi haqsızlığa yol açır, həm də İranın öz tarixi irsi və gələcək siyasəti üçün risk yaradır. Qafqazın strateji əhəmiyyəti yalnız bir xalqın yox, burada yaşayan bütün xalqların mədəni irsi ilə bağlıdır və bu həqiqət heç bir siyasi və ideoloji motivlə dəyişdirilə bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 05:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see177

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri