Icma.az
close
up
RU
Qafqazda münaqişə SÜLHLƏ BİTDİ: Proseslər Rusiya Ukrayna cəbhəsinə təsir edəcək?

Qafqazda münaqişə SÜLHLƏ BİTDİ: Proseslər Rusiya Ukrayna cəbhəsinə təsir edəcək?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XXI əsrin ən mürəkkəb və qanlı münaqişələrindən olan Azərbaycan-Ermənistan və Rusiya-Ukrayna qarşıdurmaları dünya siyasətinin diqqət mərkəzindədir. Hər iki münaqişə regional və qlobal güclərin maraq dairəsində olub, beynəlxalq münasibətlərdə geniş rezonans doğurur.

Ermənistan-Azərbaycan müharibəsinin bitməsinə rəğmən, hazırda davam edən sülh prosesi bu münaqişənin həllinə doğru əhəmiyyətli addımlar atılmasına səbəb olub. Digər tərəfdən, Rusiya-Ukrayna münaqişəsi isə hələ də davam edir və onun gedişi tamamilə fərqli dinamikaya malikdir.

Bu iki münaqişənin xarakteri, həll yolu və regiona təsirləri müxtəlifdir. Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh müqaviləsi layihəsinin paraflanması və Vaşinqtonda imzalanan sənədlər, münaqişənin diplomatik yolla həllinə ümidləri artırır. Halbuki, Rusiya və Ukrayna arasında davam edən müharibə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsipləri üzərində dərin təlatümlər yaradır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında savaş 5 il əvvəl sona çatıb və ondan sonra Azərbaycanın təşəbbüsü ilə proses davam etməkdədir. Sülh müqaviləsinin mətnində bu ilin mart ayında razılaşma əldə olunub. Buna görə də Vaşinqtonda yekun sənədin paraflanması baş verib. İndi isə yekun addım qalır.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna cəbhəsində vəziyyət fərqlidir. Rusiya Ukraynanı dövlət kimi sıradan çıxarmağa çalışır və onun mövcudluğunu qəbul etmir, ən yüngül halda işğal etdiyi ərazilərin onun ərazisi kimi tanınmasını tələb edir ki, bu da qəbul olunan bir variant deyil.

Oqtay Qasımov:Tramp və Putin görüşündə ciddi nəticələrin əldə olunacağına inanmıram

"Bu baxımdan, Azərbaycan-Ermənistan münaqişəsi ilə Rusiya-Ukrayna müharibəsinin fərqli ssenariləri var. Tramp və Putin görüşündə ciddi nəticələrin əldə olunacağına inanmıram. Maksimum hansısa atəşkəs barədə danışmaq mümkündür, amma digər məsələlərlə bağlı qərar Ukrayna ilə bağlı olacaq",- deyə o qeyd edib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri