Icma.az
close
up
RU
Qafqazda qanlı ssenari: 1995də Bakıda alınmadı, indi təkrarlanır İtkilər olacaq

Qafqazda qanlı ssenari: 1995də Bakıda alınmadı, indi təkrarlanır İtkilər olacaq

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cənubi Qafqaz Soyuq müharibənin başa çatmasından sonra həmişə Qərb və Rusiya arasında geosiyasi mübarizə meydanı olub. Qərb üçün bu bölgədə möhkəmlənmək təkcə Rusiyanın xarici təsirlərinin azaldılması yox, həm də Şimali Qafqaz üzərindən müdaxilə imkanları qazanmaq deməkdir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Rusiya buna müqavimət göstərmək və sərhədlərinə yarana biləcək təhlükələrin qarşısını almaq üçün bölgəyə xüsusi diqqət yetirir:

“Nəticədə Qafqaz geosiyasi mübarizənin poliqonuna çevrilib. Bu müharibədə hibrid üsullar daha çox istifadə edilir, “rəngli inqilab” ssenariləri, hərbi çevrilişlər də bu taktikalardan biridir.

1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhd bütövlükdə geosiyasi mübarizənin tərkib hissəsi idi. Qərb xüsusilə Türkiyədə müəyyən qüvvələrdən aktiv şəkildə istifadə edirdi. Təbii ki, bu cür cəhdlərdə böyük oyunçuların öz maraqları olduğu kimi, regional oyunçular, yaxud ölkələrin də öz maraqları olur. Misal üçün livanlı erməni biznesmenin həmin çevriliş cəhdində dolayısı ilə iştirakı haqda məlumatlar Ermənistanın maraqlarından xəbər verirdi. Azərbaycanda buna nail ola bilmədilər. Əvəzində Rusiya Ermənistanda Ter-Petrosyanın devrilməsi ilə nəticə əldə etdi. 2003-cü ildə Tbilisidə “qızılgül inqilabı” Qərbin cavabı idi”.

(2003-cü il. Gürcüstanda “qızılgül inqilabı”ndan kadr)

A.Nərimanlı qeyd edib ki, 2013-cü ildə Rusiya Gürcüstanda mövqelərini müəyyən qədər bərpa etdi, 2018-ci ildə isə Qərb eyni üstünlüyü Ermənistanda qazandı:

“Hazırda Gürcüstanda baş verənlər bu mübarizənin açıq müstəvidə davam etməsidir. Təcrübə təsdiq edir ki, inqilab region ölkələrinə divident gətirməyib, əksinə itkilərlə müşahidə edilib. Gürcüstan bunun ən real nümunəsidir. Ermənistan isə faktiki olaraq bu mübarizədə poliqona çevrilib.

Tbilisidə hər iki ssenari itkilərlə nəticələnəcək. Hakimiyyət etirazçıları geri çəkilməyə məcbur edəcəksə, bu, Gürcüstan üçün həm siyasi, həm iqtisadi itkilər gətirəcək. Hakimiyyət devrilsə, Gürcüstan regional müstəvidə çətinliklərlə üzləşəcək. Misal üçün, Qərb bu ölkəni Rusiyaya qarşı müharibədə istifadə edəcək ki, bunun nə ilə nəticələndiyi əvvəldən bəllidir. Hazırda isə Gürcüstanda cəmiyyətin parçalanması baş verib”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri