Icma.az
close
up
RU
Qafqazdan dünyaya açılan siyasi körpü Azay Quliyev

Qafqazdan dünyaya açılan siyasi körpü Azay Quliyev

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

"Bu gün dünyamız dərin geosiyasi transformasiyaların yaşandığı, beynəlxalq münasibətlər sistemində və dünya düzənində ciddi dəyişiklərin baş verdiyi yeni bir mərhələdən keçir".

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib. O bildirib ki, belə bir dövrdə Prezident İlham Əliyevin uzaqgörən və çoxvektorlu xarici siyasət kursu nəticəsində Azərbaycan qlobal siyasətdə mühüm aktora, etibarlı tərəfdaşa və orta gücə çevrilmişdir:

"Təkcə  yola saldığımız  aprel ayında  baş verən intensiv diplomatik fəaliyyəti, Prezidentin xarici ölkələrə səfəri, ölkəmizə gələn ali səviyyəli qonaqların səfər proqramlarını təhlil etmək kifayətdir ki, dediklərimi təsdiq edim. 

1. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya  səfəri – Avropanın aparıcı dövlətlərindən biri ilə ikitərəfli münasibətlərin yeni müstəviyə keçidinin göstəricisidir. 

2. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıya rəsmi səfəri – Cənubi Qafqazda təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat bağlantılarının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

3. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri – yüksək protokol səviyyəsində qarşılanan bu səfər çərçivəsində Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və ikitərəfli əməkdaşlığa dair daha 20 sənədin imzalanması Azərbaycanın Çinlə münasibətlərində yeni bir mərhələnin əsasını qoydu, eyni zamnda bu hadisəni  Azərbaycanın Asiya istiqamətindəki siyasətində dönüş nöqtəsi hesab etmək olar.

4. Azərbaycanın Afrika ölkələri ilə əlaqələrə aktiv şəkildə açılması və diplomatik missiyaların qurulması – Azərbaycanın qlobal siyasətində coğrafi şaxələndirmə strategiyasının tərkib hissəsidir.

5. Avropa İttifaqının yeni xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri, Azərbaycan-Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılması barədə razılıq – Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanğıcıdır.

6. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri – iki qonşu ölkə arasında gərginliyin aradan qalxması, etimadın bərpası və iqtisadi-humanitar sahələrdə əməkdaşlığın yenidən qurulması baxımından mühüm hadisədir.

7. Mayın 7-də İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya gözlənilən səfəri – Azərbaycan-İsrail münasibətlərinin daha da dərinləşməsi ilə yanaşı, regional təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsini əks etdirir.

8. Mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən səfəri – Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin davamlılığını bir daha təsdiqləyəcək.

Ən diqqətçəkən hadisələrdən biri isə Türkiyə və İsrail arasında normallaşma prosesinə Bakının ev sahibliyi etməsi oldu. Bu, Azərbaycanın qlobal dialoq və diplomatik körpü, eyni zamanda  etibarlı partnyor kimi beynəlxalq etimad mühitindəki lider mövqeyinin sübutudur.

Azərbaycanın Çin ilə strateji tərəfdaşlıq, Türkiyə və Rusiya ilə müttəfiqlik sənədi mövcuddur, Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi   isə yekunlaşmaq üzrədir. ABŞ-ın yeni admisnitrasiyası da Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır.  Bu isə o deməkdir ki, dünyanın dörd əsas güc mərkəzindən üçü ilə – Şərq və Qərb arasında – balanslı və praqmatik münasibətlər qurmuşuq.

Və bütün bunlar fonunda onu da rahatlıqla demək olar ki, Azərbaycan dünyada nadir və bəlkə də, yeganə ölkədir ki,   bir-biri ilə rəqabətdə, hətta açıq qarşıdurmada olan böyük güclər – ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, Ukrayna, Türkiyə, İsrail və hətta İran ölkəmizin   səmimi tərəfdaşlığına və vasitəçilik qabiliyyətinə inanırlar. 

Azərbaycan yeni dünya nizamının formalaşdığı bir dövrdə passiv müşahidəçi deyil, öz yerini və maraqlarını aktiv şəkildə müəyyən edən, qoruyan və irəli aparan dövlətdir.

Və bu, hər birimiz üçün qürurvericidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri