Icma.az
close
up
RU
Qafqazın sonuncu kolxozu İvanovka VİDEO

Qafqazın sonuncu kolxozu İvanovka VİDEO

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsmayıllı, 2 iyul, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: İvanovka kəndi.

İsmayıllı rayonuna səfər edən hər kəsin yolüstü mütləq baş çəkdiyi məkanlardan biri də İvanovka kəndidir. Azərbaycanın ən məşhur kəndlərindən hesab olunan bu yaşayış məntəqəsi təkcə zəngin tarixi ilə deyil, həm də özünəməxsus memarlığı, qorunub saxlanılan mədəni irsi və təbiəti ilə seçilir. Son illər İsmayıllının digər turistik kəndləri ilə yanaşı, İvanovkaya da marağın artması təsadüfi deyil.

İvanovka həm tarix, həm kənd turizmi, həm də Azərbaycanın multikultural mühitini yaxından görmək üçün ən maraqlı ünvanlardan biridir. Kənd dəniz səviyyəsindən 800-850 metr yüksəklikdə, rayon mərkəzindən cəmi 12 kilometr məsafədə yerləşir. Kəndə aparan yol boyunca uzanan yaşıllıqlar, geniş əkin sahələri və səliqəli yaşayış məntəqələri hələ İvanovkaya çatmamış qonaqlarda xoş təəssürat yaradır. İvanovkanın tarixi iki əsrdən əvvələ gedib çıxır. Bu kənd Azərbaycanın ən qədim rus yaşayış məntəqələrindən biri hesab olunur. Kəndin əvvəlki adı Həftəran olub. Sonradan əraziyə köçürülənlərin məskunlaşmasına rəhbərlik edən İvan Perşin şərəfinə yaşayış məntəqəsi İvanovka adlandırılıb.

Kəndin ümumi görünüşü sanki qonaqları keçmişə aparır. Müasir tikililər olsa da, yaşayış məntəqəsinin özünəməxsus siması qorunur.

İvanovka uzun illər kənd təsərrüfatı ilə şöhrət qazanıb. Hələ sovet dövründə burada yaradılan kolxoz ölkənin ən qabaqcıl təsərrüfatlarından olub. Müstəqillik illərində də “Qafqazın sonuncu kolxozu” kimi tanınıb. Geniş əkin sahələri, südçülük və heyvandarlıq fermaları, istehsal müəssisələri kənd iqtisadiyyatının əsas dayaqlarını təşkil edir. Burada bişirilən məşhur “Molokan çörəyi”, süd məhsulları, pendir, xama və günəbaxan yağı uzun illərdir ölkənin müxtəlif bölgələrində də məşhurdur.

Kəndin mərkəzində yerləşən süni göl və ətrafındakı park istirahət üçün ən çox seçilən məkanlardandır.

İvanovkanın daha bir üstünlüyü burada müxtəlif xalqların nümayəndələrinin mehriban və qarşılıqlı hörmət şəraitində yaşamasıdır. Hazırda kənddə molokanlarla yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayırlar. Bu müxtəliflik kəndin sosial həyatında və gündəlik münasibətlərində özünü açıq şəkildə göstərir.

Son illər İvanovkanın turizm potensialı daha da artıb. Təmiz hava, zəngin tarix, fərqli memarlıq, kənd həyatının səmimiliyi və qonaqpərvərlik İvanovkanı Azərbaycanın ən maraqlı turizm məkanlarından birinə çevirir. Bu kənd Azərbaycanın keçmişi ilə bu gününü birləşdirən, özünəməxsus ruhunu qoruyub saxlayan nadir məkanlardan biridir.

Müxbir - Rəşad Türkoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri