Icma.az
close
up
RU
Qaib yazılmır, axşam dərsləri ləğv edilib Qarlı havada universitetlərdə VƏZİYYƏT

Qaib yazılmır, axşam dərsləri ləğv edilib Qarlı havada universitetlərdə VƏZİYYƏT

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarlı hava şəraiti Bakıda hərəkəti çətinləşdirib. Xüsusilə məktəblilər və tələbələr qarlı havada hərəkət etməkdə çətinlik çəkdiklərini bildirirlər.

Bakıvaxtı.az modern.az-a istinadla xəbər verir ki, ali təhsil müəssisələrində davamiyyəti öyrənmək üçün sorğu keçirib.

Xəzər Universitetindən bildirilib ki, ali təhsil müəssisəsində davamiyyət yaxşı deyil: “Bir çox siniflərdə müəllim var, tələbə sayı isə azdır.

Azərbaycan Texniki Universitetindən qeyd edilib ki, qarlı hava şəraiti müşahidə edilsə də davamiyyətə təsir göstərməyib: “Tələbələr dərslərində iştirak edirlər”.

Türkiyə Azərbaycan Universitetindən də vəziyyətin eyni olduğu qeyd edilib:

“Qarlı hava şəraiti olsa da dərsə davamiyyətlə bağlı heç bir problem yaşanmır. Tələbələr dərslərinə gəlir”.

Azərbaycan Dövlət İqtisad Universitetindən qeyd edilib ki, hələ ki, davamiyyətlə bağlı bir problem yoxdur.:

“Tələbələr dərsə gəliblər və dərslər həmişəki qaydada keçirilir”.

Qarabağ Universitetindən qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar tələbələrin davamiyyətində əvvəlki günlərlə müqayisədə heç bir azalma müşahidə edilmir: “Tələbələrimizin təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir”

Azərbaycan Dövlət Pedaqoji Univesitetindən qeyd edilib ki, təbii olaraq, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, tələbələrin dərsə davamiyyətində müəyyən azalma müşahidə edilməkdədir:

“Xüsusilə, yollarda nəqliyyatın hərəkətində yaranan çətinlik və sıxlıqla əlaqədar ilk dərs saatlarında müəyyən gecikmə halları qeydə alınır. Lakin müvafiq qurumların həyata keçirdiyi operativ tədbirlər nəticəsində şəhər nəqliyyatında tədris prosesinə ciddi şəkildə təsir edə biləcək problem müşahidə edilmir. Pedaqoji Universitetdə tədris prosesi adi günlərdə olduğu qaydada davam edir. Ali təhsil müəssisələrində tətbiq edilən kredit sistemində bu və ya bu kimi ekstremal hallar nəzərə alınmaqla tələbələrin hər bir fənn üzrə dərs saatlarının 25%-ə qədərində iştirak etməmək hüququ nəzərdə tutulub. Bu hüquq nəzərə alınmaqla mövcud hava şəraiti ilə bağlı ADPU-da əlavə güzəşt mexanizmləri nəzərdə tutulmayıb”.

Bakı Dövlət Universitetindən də tələbələrin davamiyyətində problem olmadığı bildirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd edilib ki, bu cür çovğunlu hava şəraitində davamiyyətin yüksək olması gözlənilmir: "Tələbələrə güzəşt edilir, bu gün dərsə gəlməyən tələbələrə qaib yazılmayıb".

Azərbaycan Universitetindən qeyd edilib ki, davamiyyət yaxşıdır, tələbələr dərslərdə iştirak edirlər: “Hava şəraiti ilə əlaqədar gecikən tələbələr dərslərə qəbul ediliblər. Axşam növbəsinin dərsləri başqa gün əvəzlənmək şərtilə ləğv olunub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri