Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda iməcilik aksiyası təşkil olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 iyul, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda genişmiqyaslı iməcilik aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində qoruğun ərazisində yerləşən qədim hamamlar, göl kənarı və digər mühüm tarixi obyektlərdə təmizlik və ilkin bərpa yönümlü tədbirlər keçirilib.
Məqsəd Qala qoruğunun tarixi irsinin qorunması, abadlaşdırılması və gələcək nəsillərə sağlam formada ötürülməsi istiqamətində ictimai iştirakçılığı və yerli əhalinin məsuliyyət hissini gücləndirməkdir.
Bu təşəbbüsdə Qala və İçərişəhər sakinləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbər heyəti və əməkdaşları, “Qoru” könüllüləri, habelə “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti daxil olmaqla 170-dən çox şəxs iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 İyul 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















