Icma.az
close
up
RU
Qala Sığorta yanan BMW yə sığorta ödəməyəcək: Sürücü tamaşa edib... (VİDEO)

Qala Sığorta yanan BMW yə sığorta ödəməyəcək: Sürücü tamaşa edib... (VİDEO)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək.  

Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 

1995-ci təvəllüdlü Alixan Həsənov məhkəmədə "Qala Sığorta" ASC barəsində 43.140 manat zərərin, həmçinin mənəvi zərər kimi isə 7.000 manat pulun və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması ilə bağlı iddia qaldırıb. İddiaçı bildirib ki, "Qala Sığorta" ASC tərəfindən ona sığorta ödənişi olunmaması nəticəsində əsəb, stres və sarsıntı keçirib: 

"Hadisə olan zaman sığorta şirkəti tələb etdi ki, maşın hadisə yerində qalsın. Bakıdan gəlib nümunə götürəcəklər. Bir həftə sonra maşından oğurluq oldu. Sığorta şirkəti dedi ki, maşını götür, artıq loboratoriyadan gəlib nümunə götürüblər".

"Qala Sığorta" ASC isə Alixan Həsənov tərəfindən qəsdən törədildiyinə şübə yarandığı üçün sığorta ödənişi etməkdən imtina edildiyi bildirilib:  

"Qeyd olunan sığorta növü üzrə sığorta hadisəsinin baş verməsinin mühüm şərti ondan ibarətdir ki, hadisə təsadüf nəticəsində baş verməli, başqa sözlə sığorta olunan şəxsin qəsdi, yaxud səhlənkarlığı nəticəsində baş verməməlidir. Hadisə yerinə keçirilən baxışdan və şahidlərin izahatlarından güman olunur ki, yanğın avtomobilin elektrik naqillərində baş verən elektrotexniki qəza səbəbindən baş verib. Avtomobilin sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunub və yanğına səbəb olub. Hətta iddiaçı avtomobilin mühərrik hissəsinin sağ tərəfinin salona yaxın hissəsində xırda bir yerdə baş verən tüstülənmənin tədricən atışmasına və alovlanmasına bir müddət tamaşa edib və hər nədənsə bu qədər müddət ərzində kiçik bir su və ya torpaqla söndürülə biləcək yanğına müdaxilə etməyib".

Məhkəmənin hökmü ilə Alixan Həsənovun iddia təmin edilməyib. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilib. 

Aydın


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri