Icma.az
close
up
RU
“Qalatasaray” 18 nəfərin “X” hesabını şikayət etdi FOTO

“Qalatasaray” 18 nəfərin “X” hesabını şikayət etdi FOTO

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalatasaray” “X” sosial media platformasında fəaliyyət göstərən, aralarında Ümit Özat və aktyor Sarp Akkayanın da olduğu 18 hesab sahibi barəsində şikayət edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, son dövrlər sistemli şəkildə hərəkət edən bir qrup tərəfindən “Qalatasaray”ın adını qanunsuz proseslərlə əlaqələndirməyə yönəlmiş qaralama və böhtan kampaniyası aparılır.

Açıqlamada bu cəhdlərin əsasən sosial media üzərindən həyata keçirildiyi vurğulanıb.

Qeyd edilib ki, 120 ildən artıq tarixi boyunca klub heç vaxt hüquqdankənar strukturlarla əlaqələndirilməyib və hüquq, ədalət, institusional nüfuz onun əsas dəyərləri sırasındadır.

Buna baxmayaraq, klubu cinayət təşkilatları, qanunsuz fəaliyyətlər və ya əsassız ssenarilərlə əlaqələndirməyə çalışan şəxslərə qarşı hüquqi mübarizəyə başlanılıb.

Açıqlamaya görə, sözügedən “X” istifadəçiləri barəsində Türkiyə Cəza Məcəlləsinin 288-ci (məhkəmə prosesinə təsir göstərmə), 216-cı (xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma), 217/A (ictimaiyyəti yanıltıcı məlumatı açıq şəkildə yayma) və 220-ci (cinayət törətmək məqsədilə təşkilat qurma) maddələri üzrə cinayət şikayətləri təqdim olunub.

Klub rəhbərliyi yeni faktların üzə çıxacağı təqdirdə əlavə hüquqi addımların atılacağını bildirib. Açıqlamada “Qalatasaray” və “şike” ifadələrini yanaşı istifadə edərək klubu nüfuzdan salmağa çalışan şəxslərlə hüquq çərçivəsində sonadək mübarizə aparılacağı vurğulanıb.

Qeyd edilib ki, klubu hədəf alan, ictimaiyyəti çaşdırmağa yönəlmiş iddiaların müəllifləri şəxsindən və tanınmışlığından asılı olmayaraq hüquq qarşısında cavab verəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see364

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri