“Qalatasaray” Ardanın komandasından futbolçu transfer EDƏCƏK
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, "sarı-qırmızılar" İstanbulun digər klubu "Eyüpspor"da çıxış edən Ahmed Kutucunu transfer etmək istəyir.
Bu barədə "Milliyet" nəşri məlumat yayıb. "Qalatasaray"ın baş məşqçisi Okan Buruk türk vingerin transferini rəhbərlikdən istəyib. "Cim bom" 24 yaşlı futbolçu üçün qarşı tərəfə 2,5 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Eyüpspor" Ahmed Kutucunu ötən ilin yayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 Yanvar 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















