Qalatasaray Avropa nəhənginin iki ulduzunu birdən alır
Icma.az bildirir, Metbuat portalına istinadən.
“Milan”dan Alvaro Moratanı transfer etmək üzrə olan "Qalatasaray", İtaliya təmsilçisindən daha bir futbolçunu heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, "Qalatasaray"ın Strahinja Pavloviçi transfer etmək üçün hərəkətə keçib. Türkiyə mənbələrinin məlumatına görə, “Milan” müdafiəçini birdəfəlik satmaq istəyir. Xəbərdə deyilir ki, Strahinja Pavloviç Milan Skrinyar və Dieqo Karlos transferlərindən əvvəl "Fənərbaxça"nın da gündəmində idi. Lakin, "Fənərbaxça" futbolçunun transferinə reallaşdırmayıb. "Qalatasaray" da bundan əvvəl Strahinja Pavloviçi transfer etməyə cəhd edib.
Qeyd edək ki, Strahinja Pavloviç bu mövsüm "Milan"ın heyətində 17 matçda forma geyinib. Futbolçu 1 dəfə fərqlənib, 2 məhsuldar ötürmə edib. Strahinja Pavloviçin “Milan”la müqaviləsi 2028-ci ildə başa çatacaq. Müdafiəçinin hazırda transfer dəyəri 17 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 31 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















