Qalatasaray azarkeşlərinə ŞAD XƏBƏR: Viktor Osimhen Türkiyə nəhəngində qalacaq
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimhenin qalıcı transferini reallaşdırmaq üçün lazım olan məbləği toplamağı bacarıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Viktor Osimhenin icarə əsasında "Qalatasaray"a gəlməsi üçün "Napoli"yə doqquz milyon avro ödəyən Türkiyə nəhəngi, geri qalan 66 milyon avronu da ödəməyə razı olub (ümumilikdə 75 milyon avro).
Viktor Osimhen özü də "Qalatasaray"da qalmaq istədiyindən "Yuventus" və Səudiyyə Ərəbistanı klublarının təkliflərini geri qaytarıb.
Qeyd edək ki, Viktor Osimhen "Qalatasaray"a keçəcəyi təqdirdə Türkiyə futbolu tarixinin ən bahalı transferi olacaq.
Baxış sayı:101
Bu xəbər 06 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















