Icma.az
close
up
RU
Qalatasaray Bayer 04 ün ulduzuna rəsmi təklif göndərdi

Qalatasaray Bayer 04 ün ulduzuna rəsmi təklif göndərdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Türkiyədə rəqib tanımayan ''Qalatasaray'' yeni mövsümdə artıq Avropada da adından söz etdirmək istəyir.

İstanbul nəhəngi heyətini tanınmış ulduzlarla gücləndirmək niyyətindədi. Belə futbolçulardan biri də Qranit Cakadı. Uzun illər ''Arsenal''dakı çıxışı ilə tanınan, ''Bayer-04''ün ötən mövsümkü tarixi çempionluğunda mühüm rol oynayan təcrübəli futbolçu mövsümün sonunda Almaniyanı tərk etməyə hazırlaşır.
Onun ayrılmaq istəməsinin başlıca səbəbi Xabi Alonsonun klubda qalmamasıdı. Əslində bu mövsümün gedişində ''sarı-qırmızılar''ın 32 yaşlı futbolçuya maraq göstərməsi barədə bir çox iddialar ortaya atılmışdı. Ancaq danışıqlar yalnız indi ciddiləşib.
''Fanatik'' nəşrinin məlumatına görə ulduz futbolçunun atası ötən həftə İstanbula gəlibmiş. O, həm ''Qalatasaray''ın məşq bazası ilə tanış olub, həm də rəhbərliklə danışıqlar aparıb. Okan Buruk da döyüşkən və çılğın xarakteri ilə seçilən 32 yaşlı albaniyalı yarımmüdafiəçini komandasında görmək istəyir. Dris Mertensin bu yay ayrılmasından sonra onsuz da ''Cim-Bom''da yarımmüdafiənin mərkəzində boşluq yaranacaq. Caka bu boşluğu doldurmaq üçün əla namizəddi. Hətta təklif olunan məbləğ də bəllidi. ''Qalatasaray'' ''Bayer-04''ə 6 milyon avro, futbolçunun özünə isə illik 3,8 milyon avro maaş təklif edib.
Hazırda Lukas Torreyranın da maaşı məhz bu qədərdi. Müqavilədə bonusların da yer alacağı gözlənilir. İddialara görə əslən kosovolu olan Caka və ailəsi də bu İstanbula köçməyə müsbət yanaşır. Əsasən dayaq yarımmüdafiəçisi kimi oynayan Caka bu mövsüm Leverkuzen təmsilçisində 49 rəsmi oyunda iştirak edərək aktivinə 2 qol, 7 məhsuldar ötürmə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 May 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri