Icma.az
close
up
RU
“Qalatasaray” bu ölkədən ilk dəfə oyunçu aldı, Boe də döndü!

“Qalatasaray” bu ölkədən ilk dəfə oyunçu aldı, Boe də döndü!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qış transfer dönəmini o qədər də fəal və uğurlu keçirməyən “Qalatasaray”dan yeni xəbərlər var.

"Football-plus.az" xəbər verir ki, daha öncə Noa Lanqla Yaser Aspilyanı icarə əsasında heyətinə qatan İstanbul nəhəngi növbəti keçidləri rəsmiləşdirib. Amma öncə İstanbul nəhənginin Yusuf Dəmirdən qurtulduğunu qeyd edək.
2022-ci ildən “sarı-qırmızılar”a məxsus olan, amma kluba heç bir faydası dəyməyən, bu müddət ərzində cəmi 26 rəsmi oyuna çıxan 22 yaşlı vinger sabiq klubu “Rapid”ə dönüb. Avstriyada doğulan türkəsilli vinger məhz elə vyanalıların yetirməsidi. “Qalatasaray” 4 il öncə 6 milyon avroya aldığı futbolçunu havayı əldən buraxmağa razı oldu!
Yeni transferlərə gəlincə, Türkiyə çempionu srağagün Renato Nyaqanın keçidini tamamlayıb. Özü də 6,5 milyon avroya. Portuqaliyanın ortabab klubu “Kaza Pia”dan alınan 18 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb. Bu futbolçunun yarım mövsümlük maaşı 375 min avro təşkil edəcək. Sonrakı mövsümlərdə isə o, illik 750, 800 və 850 min avro qazanacaq. Nyaqa Qvineya-Bisaudan olan ilk futbolçu kimi klub tarixinə düşüb!
2007-ci il təvəllüdlü futbolçu fiziki göstəriciləri və təkbətək mübarizələrdəki uğurlu oyunu ilə diqqəti çəkir. O, orta hesabla hər oyunda 9,29 ikili mübarizədən qalib ayrılır və bu, Avropanın 10 aparıcı çempionatında 21 yaşa qədər olan futbolçular arasında ən yaxşı göstəricidi.
Dünən “Qalatasaray” daha bir gənc oyunçunun transferini bitirdi. Söhbət Can Armando Günerdən gedir.
Xatırlayırsızsa, Münhenqladbax “Borussiya”sının yetirməsi olan 18 yaşlı vinger hələ yanvarın 9-da İstanbula gəlmiş və tibbi müayinədən keçmişdi. Amma sonradan məlum olmuşdu ki, hələ almanlarla razılıq əldə olunmayıb. “Borussiya” rəhbərliyi istanbulluları FİFA ilə hədələyincə, qürbətçi futbolçu kor-peşman Almaniyaya dönməli olmuşdu. Həmin vaxtdan bəri “Borussiya” ilə danışıqları davam etdirən “Qalatasaray” bütün məsələlərdə anlaşma əldə edib. Almanlar 750 min avro tələb etsə də, bu transfer 300 min avroya tamamlanıb. Sonrakı satışdan da almanlara heç bir pay verilməyəcək. “Borussiya”ya yalnız 100 min avro həcmində bonuslar veriləcək.
Türkiyə mətbuatına inansaq, Can Armando Güner ilə 4,5 illik müqavilə imzalanacaq.
“Qalatasaray”ın son sürprizi isə Saşa Boedi. “Bavariya” ilə danışıqlarda istəyinə çatan “sarı-qırmızılar” sabiq futbolçusunu geri qaytarmağa müvəffəq olub.
Fransalı müdafiəçi dünən İstanbula gələrək tibbi müayinədən keçib. “Qalatasaray” yarım mövsümlük icarə haqqı kimi Münhen nəhənginə 500 min avro ödəyəcək. İstanbullular yayda bu oyunçunu daimi əsasda transfer etmək istəsələr, daha 15 milyon avro ödəməli olacaqlar.
Xatırladaq ki, “Qalatasaray” iki il öncə - 2024-ün yanvarında bu futbolçunu 30 milyon avroya “Bavariya”ya satmışdı. 25 yaşlı sağ cinah müdafiəçisi bu iki il ərzində Almaniya futbolunun flaqmanında heç cür əsas heyət üzvünə çevrilə bilmədi. “Rekodmayster”lə 2028-ə qədər müqaviləsi olan Boe bu mövsüm 15 rəsmi oyunda hesabına bir məhsuldar ötürmə yaza bilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri