Icma.az
close
up
RU
Qalatasaray coşdu, Osimhen Jardelin rekorduna yaxınlaşdı

Qalatasaray coşdu, Osimhen Jardelin rekorduna yaxınlaşdı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyə çempionatının 34-cü turunda lider ''Qalatasaray'' ''Sivasspor''u qəbul etdi.
''Football-plus.az'' xəbər verir ki, zəif mövsüm keçirən və elitada qalmaq uğrunda mübarizə aparan Sivas təmsilçisi güclü rəqibinə qarşı meydanda heç bir varlıq göstərə bilmədi. İstanbul nəhəngi Lukas Torreyra, Barış Alpər Yılmazın qolları və Viktor Osimhenin dublu sayəsində 4:1 hesablı inamlı qələbə qazandı.
Maraqlıdı ki, 5 qolun hamısı ilk 33 dəqiqəyə təsadüf etdi. ''Cim-Bom'' üçün yeganə üzücü məqam komandanın evdə qol buraxmamaq seriyasının qırılması oldu. Komanda bu matçda da qapısını toxunulmaz saxlayacağı təqdirdə superliqada ardıcıl 6-cı ev oyununda bunu bacaracaqdı ki, bu da ''Qalatasaray''ın son 40 ildə ən yaxşı seriyası olacaqdı.
Qollardan doymayan Osimhen ''sarı-qırmızılar''ın heyətində 37-ci rəsmi oyunda vurduğu qolların sayını 33-ə çatdırdı. Nigeriyalı forvard bununla da şəxsi rekordunu yeniləmiş oldu. Klub tarixində bir mövsümə ən çox qol vuran əcnəbi futbolçuların siyahısında isə Osimhen Bafetimbi Qomis (32) ilə Mauro İkardini (32) geridə qoydu. İndi o, bu siyahıda yalnız Mario Jardeldən (34) geri qalır. Bundan başqa Osimhen 24 qolla superliqada bombardirlər yarışına başçılıq edir. Rəsmi matçlarda ardıcıl 6-cı, son 9 oyunda isə 8-ci qələbəsini qazanan ''Qalatasaray'' xalını 83-ə yüksəltdi. 75 xalı olan ''Fənərbaxça'' bu gün ''Beşiktaş''la qarşılaşacaq.
Onu da bildirək ki, ''sarı-qırmızılar'' bu mövsüm evdə uduzmayan yeganə komanda statusundadı. 32 oyuna 82 qol vuran ''Qalatasaray'' həm də tarixinin ən məhsuldar ikinci mövsümünü keçirir. Komandanın 32 oyundan sonra yalnız bir dəfə - 1998/99-da indikindən daha çox (84) qolu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 May 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri