Qalatasaray da gözlənilməz ayrılıq
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qalatasaray"ın aparıcı futbolçularından olan Lukas Torreyra komandanı tərk edə bilər.
Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, uruqvaylı yarımmüdafiəçi meneceri Pablo Bentankurdan onun Türkiyədən ayrılmasını təmin etməyi xahiş edib. Buna səbəb futbolçunun təhlükəsizliyi ilə bağlı yaranan ciddi problemdir.
Məlumata görə, bu ilin mayın 12-də İstanbuldakı ticarət mərkəzlərindən birində bir nəfər Torreyraya hücum edib və həmin şəxs daha sonra həbs olunub. Lakin bu həftənin çərşənbə günü azadlığa çıxan təcavüzkar futbolçunun sürücüsünə yaxınlaşaraq: "Yarımçıq qoyduğum işi tamamlamağa gəlmişəm", - deyə təhdid sovurub.
Hadisədən sonra Türkiyə polisi dərhal hərəkətə keçərək həmin şəxsin axtarışına başlayıb.
Qeyd edək ki, L. Torreyra 2022-ci ildən "Qalatasaray"da çıxış edir. O, ardıcıl qazanılan 4 çempionluqda vacib rol oynayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:84
Bu xəbər 14 Avqust 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















