“Qalatasaray” Fransada tarix yazdı 27 ildən sonra ilk
Icma.az, Yenisabah saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə Fransanın “Lill” klubunu 4:2 hesabı ilə məğlub edib.
“Yeni Sabah” xəbər verir ki, ilk dəfə qarşılaşan tərəflərin mübarizəsində İstanbul təmsilçisi tarixi nailiyyətə imza atıb.
İstanbul klubu 1999-cu ilin oktyabrında “Herta Berlin”i 4:1 hesabı ilə üstələdiyi qarşılaşmadan sonra ilk dəfə Çempionlar Liqasında səfər matçında rəqib qapısından 4 top keçirib və cari mövsümdə ilk qələbəsini qazanıb. Dominos pizza
“Qalatasaray”a qələbə gətirən qolları 2-ci dəqiqədə Yunus Akgün, 44-cü dəqiqədə Aleksey Batrakov, 52-ci dəqiqədə Berke Özer (öz qapısına) və 61-ci dəqiqədə Viktor Osimhen vurublar. Ev sahiblərinin qollarını isə 8 və 39-cu dəqiqələrdə Diaun vurmağı bacarıb.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqası tarixində Fransa klubunun qapısına bir oyunda 4 qol vurmağı bacaran ilk Türkiyə komandası kimi tarixə düşüb./Qafqazinfo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















