Qalatasaray gənc futbolçunu istəsə də...
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Qalatasaray" yarımmüdafiəni gücləndirmək və oyun qurucusu almaq planlarına Rodriqo Moranı əlavə edib.
Fanat.az xəbər verir ki, informasiyanı "TRT Spor" yayıb.
Məlumat görə, transfer komitəsi "Portu"da çıxış edən Moranı izləyir. Baş məşqçi Okan Burukun 19 yaşlı futbolçunun performansını bəyəndiyi bildirilir.
Portuqaliya təmsilçisi daha əvvəl Səudiyyə Ərəbistanından gələn 53 milyon avroluq təklifi rədd etmişdi.
"Portu"nun sözügedən oyunçu üçün müəyyənləşdirdiyi ilkin qiymət 60 milyon avrodur.
Bununla belə, "sarı-qırmızılar"ın prezidenti Dursun Özbək qarşı tərəfə maksimum 50 milyon avro ödəmək niyyətindədir.
Mora ötən mövsüm "Portu"nun heyətində 44 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Avqust 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















