Icma.az
close
up
RU
Qalatasaray hər iki təcrübəli ulduzu komandada saxlamaq istəyir

Qalatasaray hər iki təcrübəli ulduzu komandada saxlamaq istəyir

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu mövsüm həm Avropada, həm də Türkiyə çempionatında inamlı təsir bağışlayan və hazırda 20 oyunluq məğlubiyyətsiz seriyaya malik olan ''Qalatasaray'' təcrübəli liderlərini buraxmaq istəmir. Söhbət ilk növbədə Fernando Muslera ilə Dris Mertensdən gedir.

Musleranın mövsümün sonunda ayrılaraq vətəni Uruqvaya yollanacağı və karyerasını bitirəcəyi barədə uzun müddətdi, söz-söhbətlər gəzir. Hətta bu üzdən rəhbərliyin qapıçı axtarışlarına başladığı da iddia edilmişdi. Amma məlum olub ki, ''Cim-Bom'' Musleranı fikrindən daşındırmağa və onu daha bir il klubda saxlamağa çalışır. Martdan etibarən danışıqlar gücləndiriləcək.
Bu arada Uruqvayın köklü klublarından olan ''Penyarol''un da 38 yaşlı qapıçıya ciddi maraq göstərməsi haqda xəbərlər yayılıb. Muslera heç də pis formada deyil və aydın məsələdi ki, o ən azı 1 il də yüksək səviyyədə oynamağa qadirdi.
2011-dən ''Qalatasaray''ın şərəfini qoruyan Muslera indiyə qədər bu klubda 530 rəsmi oyunda forma geyib və bunların 187-də qapısını toxunulmaz saxlayaraq ümumilikdə 570 qol buraxıb. Mertensin durumu isə ötən mövsümkü vəziyyəti xatırladır. Təcrübəli belçikalı ulduz ötən il də mövsümün sonunda karyerasını bitirməyi planlaşdırırdı. Amma o, uğurlu performans sərgiləyincə və tərəflər anlaşma əldə edincə daha bir mövsüm də klubda qalmağa qərar vermişdi.
Bu mövsüm Mertens yenə ümidləri doğruldur. Bu üzdən rəhbərlik ona növbəti dəfə birillik müqavilə təklif edib. Elə Okan Buruk da 37 yaşlı futbolçunun daha bir il qalmasını çox istəyir. Amma Mertens rəhbərliyə ''mövsüm bitsin, o zaman vəziyyətə baxarıq'' cavabını verib.
''Qalatasaray''la artıq iki çempionluq yaşayan bu futbolçu cari mövsümdə 25 rəsmi oyunda meydana çıxaraq 5 qol, 12 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri