Icma.az
close
up
RU
Qalatasaray ın 20 milyon avroluq gəlir qazanmaq planı baş tutmadı

Qalatasaray ın 20 milyon avroluq gəlir qazanmaq planı baş tutmadı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Superliqada əmin addımlarla növbəti çempionluğuna doğru irəliləyən ''Qalatasaray''ın icarədə olan futbolcuların satışından pul qazanmaq planı böyük ehtimalla baş tutmayacaq.
''Football-plus.az'' xəbər verir ki, söhbət ''Fiorentina''da çıxış edən Nikolo Zanyolo və ''Verder''in formasını geyən Derrik Köndən gedir.
Legioner limitində yer açmaq üçün İstanbul nəhəngi ötən yay hər iki futbolçunu icarəyə göndərmişdi. Onların hər ikisinin bu yay daimi əsasda satışı ''sarı-qırmızılar''a ümumilikdə 20,6 milyon avro qazandıra bilərdi. Ancaq nə ''Fiorentina'' Zanyolonu, nə də ''Verder'' Könü daimi əsasda transfer etmək niyyətindədi.
Ümumiyyətlə, Zanyolonun aqibəti maraq doğurur. Son 2 mövsümdə 3 fərqli klubda (Aston Villa, Atalanta, Fiorentina) icarə əsasında top qovmuş italiyalının yayda nə edəcəyi bilinmir. Bəzi mənbələr iddia edir ki, ''Qalatasaray'' çempion olaraq ÇL-in əsas mərhələsində oynamağa şans qazansa, Zanyolo yenidən İstanbul nəhənginə qayıdacaq.
Mövsümün sonu üçün planlaşdırılan 20 milyon avroluq gəlirdən məhrum olan ''Cim-Bom'' bu azmış kimi özü 15 milyon avro ödəmək məcburiyyətində qalacaq. Çünki hazırda klubda icarə əsasında çıxış edən İsmail Yakobs ilə Pşemislav Frankovskinin müqaviləsində mövsümün sonu üçün məcburi daimi transfer maddəsi var! Yakobsda bu məbləğ 8 milyon avroya, Frankovskidə 7 milyon avroya bərabərdi.
Maraqlısı odu ki, bu futbolçuların ümidlərini doğrultduğunu söyləmək çətindi. Okan Buruk müdafiənin sol cinahına qışda transfer edilən Ərən Elmalıdan razıdı. Mövsümün qalan hissəsində də Elmalının start heyətində oynayacağı gözlənilir. ''Beşiktaş''la derbidə qırmızı vərəqə almaqla ''Qalatasaray''ın bu mövsüm superliqada yaşadığı yeganə məğlubiyyətin əsas günahkarlarından olan Frankovskini də sağ cinahda Okan Burukun əsas silahı saymaq çətindi.
Təcrübəli məşqçinin qalan oyunlarda həmin cinahda Kaan Ayhana şans verəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 May 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri