Qalatasaray ın ÇL dəki rəqibi: İstanbul komandasında çox keyfiyyətli futbolçular var
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində "Qalatasaray"la qarşılaşacaq Belçikanın "Union Saint-Gilloise" komandasının baş məşqçisi David Hubert mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, əlcəzairli oyunçusu Adem Zorgane ilə birgə "RAMS Park"da jurnalistlərin suallarını cavablandırıb.
Çıxışına türk dilində "təşəkkür" etməklə başlayan David Hubert bildirib ki, Çempionlar Liqasında səhvlər bağışlanmaz: "Biz onsz da bu oyuna qədər bəzi matçlarda səhv edib, cəzalar almışıq. İndi bunlar istəmədiyimiz şeylərdir. Bu səhvləri etmək istəmirik. Cərimələrə səbəb hərəkətlər bizi narahat edir. Bu səhvlərdən dərs çıxarmaq istəyirik. "Qalatasaray"ın çatışmazlıqları var. Heyətində kifayət qədər keyfiyyətli oyunçu var. Zədələri olsa da, boşluqları doldurmaq üçün keyfiyyətli oyunçulara sahibdirlər. Bu gün əvvəlki səhvlərimizi etməməyə çalışacağıq. Hər şeydən dərs çıxarırıq. Burada Mauro İkardi, Viktor Osimhen və Barış Alper Yılmaz kimi oyunçular var. Bu matç bizim hansı səviyyədə olduğumuzu görmək üçün çox yaxşıdır. Sözsüz ki, "Qalatasaray çox böyük bir komandadır, hazırda 9 xalı var. İntizamlı oyunla buradan qaliiyyətlə dönmək istəyirik".
Komandanın Əlcəzairli oyunçusu Adem Zorgane matç və oradakı atmosferə hazırlaşdıqlarını deyib: "Oynadığımız hər matçdan xal qazanmaq istəyirik. Burada yaxşı atmosfer var. Burada azarkeşlər əladır, amma oyunçu olaraq biz də buna, bu oyuna hazırıq".
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 25 Noyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















