Qalatasaray ın futbolçusuna İtaliyadan rəsmi təklif gəldi
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alvaro Moratanın ''Qalatasaray''da xoşbəxt olmadığı və Türkiyə çempionundan ayrılmaq istəməsi haqda xəbərlər yavaş-yavaş öz təsdiqini tapır.
Təcrübəli ispaniyalı forvard ilə bağlı mühüm bir xəbər var. Belə ki, A seriyası təmsilçisi ''Komo'' Morataya rəsmi təklif irəli sürüb. Bu xəbəri tanınmış insayder Fabritsio Romano paylaşıb.
Morata bilindiyi kimi İstanbul nəhəngində icarə əsasında çıxış edir və müqavilə ilə ''Milan''a məxsusdu. Romano paylaşımında onu da qeyd edib ki, Morata ''Qalatasaray''da qalmayacaq, amma ''Milan''a da qayıtmayacaq. ''Komo''nu bilindiyi kimi Moratanın həmyerlisi Fransesk Fabreqas çalışdırır. 32 yaşlı futbolçunun ''sarı-qırmızılar''la hələ 6 aylıq müqaviləsi var. Ona görə də Moratanın ayrılması üçün ''Qalatasaray''ın da razılığı olmalıdı.
Kluba yanvarda gələn tanınmış futbolçu indiyə qədər ''Cim-Bom''da 16 oyuna çıxaraq aktivinə 7 qol, 3 məhsuldar ötürmə yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 İyun 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















