Icma.az
close
up
RU
Qalatasaray ın seriyaları və məğlubiyyətsiz çempionluq arzusu bitdi

Qalatasaray ın seriyaları və məğlubiyyətsiz çempionluq arzusu bitdi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyə çempionatının 29-cu turunda prinsipial İstanbul derbisi baş tutdu.

''Football-plus.az'' xəbər verir ki, ''Qalatasaray'' ''Beşiktaş''la səfərdə oynamasına baxmayaraq favorit sayılırdı. Uğursuz və qeyri-sabit mövsüm keçirən ''Qartal''ın rəqibin seriyalarına son qoyacağına az adam inanardı.
Oyun ''Cim-Bom'' üçün yaxşı başlamadı. 23-cü dəqiqədə az qala meydanın mərkəzində topu qəbul etdikdən sonra təxminən 65 metr irəliləyən və Sançesi ''bazara göndərən'' Rafa Silva yaxın küncü dəqiq nişan aldı. Bu azmış kimi 33-cü dəqiqədə qonaqlar azlıqda qaldılar. Frankovskinin Muçiyə qarşı hərəkətini hakim əvvəlcə sarı vərəqə ilə qiymətləndirdi. Amma VAR işə qarışdıqdan sonra epizod son ümid folu kimi qiymətləndirildi və sarı vərəqə qırmızı vərəqə ilə əvəz olundu.
Hücum qurmaqda və qol epizodu yaratmaqda çətinlik çəkən ''sarı-qırmızılar''ın dadına Lukas Torreyra çatdı. Uruqvaylı futbolçu fasilə ərəfəsində uzaq məsafədən vurduğu mükəmməl zərbə ilə hesabı bərabərləşdirdi. ''Qalatasaray'' ikinci hissəyə bir qədər fəal başlasa da, dəqiqələr irəlilədikcə müdafiəyə çəkilməyə başladı. Komanda 10 nəfərlə həm də hücuma çıxmağa çalışdığından müdafiədə boşluqlar yaranırdı. Sürpriz baş vermədi. Daha yaxşı oynayan tərəf olan ''Beşiktaş'' 66-cı dəqiqədə Jedson Fernandeş ilə yenidən önə keçdi. Bu qol həm də yekun nəticəni müəyyənləşdirdi.
Beləliklə, ''Qalatasaray''ın superliqada 28 oyunluq məğlubiyyətsiz seriyası qırıldı (23 qələbə, 5 heç-heçə) və bununla da çempionatda uduzmayan komanda qalmadı. Okan Burukun kollektivi sonuncu dəfə ötən mövsümün 37-ci turunda evdə ''Fənərbaxça''ya uduzmuşdu. Eləcə də İstanbul nəhənginin superliqada səfərdə 25 oyunluq məğlubiyyətsiz seriyası da qırıldı (21 qələbə, 4 heç-heçə) və bu göstərici turnirin yeni rekordu kimi tarixə düşdü. Səfərdə son məğlubiyyət 2023/24-ün 12-ci turunda ''Hatayspor''la oyunda (1:2) qeydə alınmışdı. Bu nəticə ilə həm də ''Qalatasaray''ın məğlubiyyətsiz çempion olmaq arzusu məhv oldu. Onların bu arzusunu məhz ''Beşiktaş''ın məhv etməsi maraq doğurur. Çünki Türkiyə futbolunda yeganə məğlubiyyətsiz çempion ''Beşiktaş''dı. Komanda bunu 1991/92 mövsümündə Qordon Milnin başçılığı altında bacarıb. Düzdü, həmin mövsüm komandaların sayı 16 idi və ''ağ-qaralar'' mövsüm ərzində 30 oyun keçirərək çempion olmuşdular (23 qələbə, 7 heç-heçə).
Əslində ''Qalatasaray''ın tarixdə əvvəldən sona qədər uduzmadığı bir mövsüm olub. Söhbət 1985/86-dan gedir. Amma qəribədi ki, komanda həmin mövsüm çempion ola bilməmişdi. Sonda xallar bərabər olmuş və ''Beşiktaş'' mövsüm ərzində 2 dəfə uduzmasına baxmayaraq daha yaxşı top fərqinə malik olduğu üçün çempion olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Mart 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see408

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see265

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see161

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see156

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see154

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see151

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see145

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri