Icma.az
close
up
RU
Qalatasaray ın ulduzu Cənubi Amerika nəhənginə can atır

Qalatasaray ın ulduzu Cənubi Amerika nəhənginə can atır

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

''Qalatasaray''ın təcrübəli isimlərindən olan Lukas Torreyra ilə bağlı yenidən transfer şayiələri yayılıb.
''Football-plus.az'' xəbər verir ki, uruqvaylı futbolçunun adı Argentina nəhəngi ''Boka Xuniors'' ilə yanaşı hallanmaqda davam edir.
Buenos-Ayres klubu 29 yaşlı bu yarımmüdafiəçiyə çoxdan maraq göstərir. Bu klubun prezidenti Xuan Roman Rikelmenin Torreyrani transfer etmək istədiyi iddia edilir. Bu günlərdə ''Boka''nın sabiq futbolçusu Serxio Martines ''Torreyra özü də bura gəlməyə can atır. Hər zaman ''Boka''nın maraq dairəsində yer alıb. Amma Avropada böyük pullar qazanır.
''Boka''ya gəlməsi üçün əvvəlcə ciddi bir fədakarlıq etməlidi. Bundan başqa klub ona ciddi bir ödəmə etməlidi. Ortaq məxrəcə gəlmək mümkün olsa, transfer qısa müddətdə tamamlana bilər'' açıqlamasını vermişdi. Bu arada Torreyranın meneceri Pablo Bentankur da son açıqlaması ilə diqqət çəkib. Bilindiyi kimi bu yay 14 iyun - 13 iyul aralığında Klublararası Dünya Çempionatı yeni formatda keçiriləcək. Bentankur bildirib ki, Torreyra həmin turnirdə ''Boka''nın şərəfini qorumağı arzulayır!
Uruqvay yığmasının üzvü ''Cim-Bom''da üçüncü mövsümünü keçirir. Bu mövsüm 38 rəsmi oyunda onun aktivində 1 qol, 7 məhsuldar ötürmə var. İlk iki illə müqayisədə bu ili nisbətən zəif keçirən Torreyranın ''sarı-qırmızılar''la 2026-ya qədər müqaviləsi var. Onun gələcək taleyinə yayda aydınlıq gələcək. Qərarı futbolçu özü verəcək.
İddialara görə ''Qalatasaray'' onu 15 milyon avrodan aşağı məbləğə satmayacaq. Amma Torreyranın qalmaq üçün bir şərti var. O, müqaviləsinin yenilənməsini tələb edir.
Belə görünür, yayda bu mövzu ''Qalatasaray'' rəhbərliyinin başını çox ağrıdacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri