Qalatasaray ın yeni transferi pulsuz icarə FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Türkiyənin "Qalatasaray" klubu İspaniyanın "Jirona" komandasında çıxış edən istedadlı futbolçu Yaser Asprillanın transferini tamamlayıb. Klubun yaydığı rəsmi məlumata görə, kolumbiyalı oyunçu mövsümün sonuna qədər "Sarı-qırmızılı" formanı geyinəcək.
Milli.Az xəbər verir ki, futbolçunun 2025-2026-cı il mövsümünün qalan hissəsi üçün icarəsinə görə "Jirona" klubuna heç bir ödəniş edilməyəcək.
Müqavilədə satınalma hüququ nəzərdə tutulub. Ən vacib məqam isə budur ki, bu opsion yalnız "Qalatasaray"ın tək tərəfli və yazılı müraciəti ilə aktivləşə bilər. Yəni klub istəməsə, hər hansı məcburi ödəniş öhdəliyi yaranmayacaq.
Yaser Asprillaya 2025-2026-cı il mövsümü üçün net 1 milyon 200 min avro zəmanətli maaş ödəniləcək.
Dünən gecə İstanbula gələn və rəsmi müqaviləyə imza atan 22 yaşlı futbolçunun forma nömrəsi də bəlli olub. Asprilla "Qalatasaray"da 22 nömrəli forma ilə çıxış edəcək.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Yanvar 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















