Icma.az
close
up
RU
Qalatasaray ın zədəli oyunçularından nə xəbər var?

Qalatasaray ın zədəli oyunçularından nə xəbər var?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

''Qalatasaray''da zədəli futbolçuların son durumları ilə bağlı məlumatlar var.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının son matçlarında önəmli qələbələr qazanan, amma Türkiyə çempionatının son turunda debütant ''Kocaelispor'' önündə şok məğlubiyyət yaşayan ''Cim-Bom''da 4 futbolçu - İlkay Gündoğan, Lukas Torreyra, Uilfrid Sinqo və Yunus Akgün zədəlidi. ÇL-də ''Bude/Qlimt'' ilə matçdan öncəki məşqdə zədələnərək bir neçə həftəliyə sıradan çıxan Gündoğan artıq məşqlərə başlamaq üzrədi.
Yığma fasiləsi ilə bağlı ''Qalatasaray''da futbolçulara 4 günlük istirahət verilib. Bu müddət tamam olduqdan sonra Gündoğan da məşqlərə qatılacaq. Ancaq onun konkret hansı oyunda dönəcəyi bilinmir. Torreyra ''Kocaelispor''a qarşı son matçın fasiləsində əvəzlənmişdi. Okan Burukun onun yorulduğu üçün əvəzləndiyini demişdi. Ancaq durum qorxulu deyil. Hazırda onun heç bir ciddi problemi yoxdu. Sadəcə son matçdan öncə Torreyra tam sağlam deyildi. Tez yorulmağı da bununla bağlı idi.
4 günlük aranı İtaliyada keçirməyi planlaşdıran, amma sonradan bu planını dəyişərək İstanbulda qalan təcrübəli futbolçu fiziki durumunu yaxşılaşdırmaq üçün əlavə məşqlər edəcək. Sinqo təxminən 1 aylığa sıradan çıxıb. Kot d'İvuarlı futbolçu bir müddət komandadan ayrı trenajor zalında çalışmalı olacaq.
Yunus Akgün isə bel yırtığından əməliyyat olunub. Onun müalicə kursu davam edir. 25 yaşlı futbolçunun hələ ən azı 4 həftə topa toxuna bilməyəcəyi deyilir. Klubun həkimləri onu ÇL-də 5-ci tur çərçivəsində ''Monako'' ilə matça yetişdirməyə çalışacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri