Icma.az
close
up
RU
Qalatasaray ingilislərin və Liverpul un qəniminə çevrilib!

Qalatasaray ingilislərin və Liverpul un qəniminə çevrilib!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında əsas mərhələnin 2-ci turunun ən diqqətçəkən nəticələrindən biri İstanbulda qeydə alındı.

"Football-plus.az" xəbər verir ki, İngiltərə çempionu ''Liverpul'' ''Qalatasaray''la oyunda aşkar favorit sayılırdı. Amma qonaqlar sürpriz şəkildə bu qarşılaşmada həm qola, həm də xala həsrət qaldılar. Viktor Osimhenin 16-cı dəqiqədə penaltidən vurduğu qol oyunda yeganə oldu.
İlk turda ''Ayntraxt''a 1:5 hesabı ilə uduzan Türkiyə çempionu bu qələbə ilə turnir cədvəlindəkı durumunu bir xeyli yaxşılaşdırdı. Bu nəticə ilə ortaya bir sıra maraqlı faktlar çıxdı.
Əvvəlcə ''Qalatasaray''ın bütün turnirləri nəzərə almaqla evdəki məğlubiyyətsiz seriyanı 28 oyuna çatdırdığını bildirək. Sonuncu ev məğlubiyyətini ötən ilin avqustunda, ÇL-in təsnifatının pley-offunda ''Yanq Boys''la oyunda (0:1) yaşayan ''Cim-Bom'' fanatları önündə keçirdiyi sonrakı 28 qarşılaşmadan 21 qələbə, 7 bərabərliklə ayrılıb. Avrokuboklarda 7 oyunluq qələbəsiz seriyaya son qoyan ''Qalatasaray'' ÇL-də isə evdə 8 oyunluq qələbə həsrətini bitirdi (4 heç-heçə, 4 məğlubiyyət). Komanda bu turnirdə öz meydanında son qələbəsini 2017-də ''Lokomotiv''lə oyunda əldə etmişdi. Ən mühüm seriyalar isə İngiltərə təmsilçiləri və ''Liverpul''a qarşı olanlardı. İstanbul nəhənginin İngiltərə klublarına qarşı qələbə seriyası 2, məğlubiyyətsiz seriyası 4 oyuna yüksəldi!
Ümumilikdə, ''Qalatasaray'' ingilislərə qarşı keçirdiyi 27-ci oyunda 7-ci qələbəsini qazandı (10 heç-heçə, 10 məğlubiyyət). ''Liverpul'' yenə səfərdə bu rəqibi məğlub edə bilmədi. ''Qırmızılar'' daha öncə İstanbulda ''aslan''a qarşı 2001/02-də 1:1 bərabərə qalmış, 2006/07-də isə 2:3 məğlub olmuşdu. Yəni ''Liverpul'' tarixi ərzində ''Qalatasaray''a qarşı keçirdiyi 3 səfər oyunundan 1 heç-heçə, 2 məğlubiyyətlə ayrılıb. ''Qalatasaray'' mersisaydlıların ÇK/ÇL-də səfərdə ən azı 3 dəfə qarşılaşıb məğlub edə bilmədiyi cəmi 3 klubdan biridi.
Digərləri ''Napoli'' (3 məğlubiyyət) və ''Çelsi''di (3 heç-heçə, 2 məğlubiyyət). Onu da bildirək ki, Osimhen ÇL-də 10-cu qolunu vurdu və Obafemi Martinsi geridə qoyaraq turnirin tarixində ən məhsuldar nigeriyalı futbolçuya çevrildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri