Qalatasaray la oyunda yaşananlar Qarabağ ın rəqibinə baha başa gəldi
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu cərimələnib. Sport24.az-ın məlumatına görə, UEFA Bundesliqa təmsilçisinə 49250 avro cərimə tətbiq edib.
Frankfurtlular qitənin bir nömrəli klub turnirində "Qalatasaray"la matçda yaşananlara görə ziyana düşüb.
Klub ictimai keçidlərin bağlanmasına görə 22 min, azarkeşlərin atəşfəşanlıq etməsi ucbatından 12 min 250, idman tədbirinə uyğun olmayan mesajın ötürülməsinə görə isə 15 min avro ödəyəcək.
Qeyd edək ki, qarşılaşma Almaniya komandasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" "Ayntraxt"la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:ÇL: Barselona Qarabağ ın rəqibinə qarşı, Qalatasaray Fransa sınağında
09 Dekabr 2025 09:04
Qarabağ ın məşqçisi Qalatasaray ın düşərgəsində
14 Oktyabr 2025 15:52
“Qarabağ”ın rəqibinin hücumçusu “Qalatasaray”ın diqqətini çəkib
19 Dekabr 2025 14:54
Terim və “Qalatasaray” rəsmiləri “Qarabağ”ın bazasında
17 Noyabr 2024 18:13
Baxış sayı:113
Bu xəbər 16 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















