Icma.az
close
up
RU
“Qalatasaray” Muslera, Mertens və Osimheni qələbə ilə yola saldı

“Qalatasaray” Muslera, Mertens və Osimheni qələbə ilə yola saldı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həftəsonu Türkiyə çempionatında mövsümə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, tur üç qarşılaşma ilə start götürdü. “Kasımpaşa” evdə “Göztəpə”yə uduzdusa, “Trabzonspor”dan iki cavabsız top buraxan “Antalyaspor”un evdəki 8 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. “Qalatasaray” isə hətta turnir cədvəli baxımından önəm kəsb etməyən oyunlarda da ciddiliyi itirmir.
Ötən tur “Göztəpə”yə iki cavabsız qol vuran çempion bu dəfə eyni hesabla “İstanbul BŞ”ni məğlub etdi. Muslera, Mertens və Osimhenin vida oyununda hər üç ulduz əla təsir bağışladı. Uruqvaylı qapısını toxunulmaz saxladısa, Mertenslə Osimhen hərəyə bir qol vurdu. “İstanbul BŞ” Okan Burukun “Qalatasaray”ından xal ala bilməyən 3-cü komandadı. Digərləri “Antalyaspor”la “Qaziantep”di. Bundan başqa, “Cim-Bom” Türkiyə çempionatında ardıcıl iki mövsüm ən azı 30 qələbə qazanan ilk komanda kimi tarixə düşdü.
Bazar günü keçirilən oyunlar meydan sahibləri üçün uğurlu alındı. Hətta aşkar autsayder “Adana Dəmirspor” da evdə uduzmamağa müvəffəq oldu. Elitadan düşməsi rəsmiləşən “Sivasspor” Alanya səfərində 2, “Hatayspor” isə Rizə səfərində 5 qol buraxdı. “Fənərbaxça” üçün mövsümün son ev oyunu da cəhənnəm əzabına çevrildi. Təbii ki, matçın axarını yox, stadiondakı ab-havanı nəzərdə tuturuq. Tribunaların böyük hissəsi boş qalmışdı. Gələnlər isə yenə ənənələrinə sadiq qalaraq futbolçuları fitə basdılar və rəhbərliyi istefaya səslədilər. Oyundan öncə tribunada hətta İsmayıl Kartalın böyük posteri də açıldı. Amma polislərin müdaxiləsi ilə fanatlar onu yığışdırmalı oldu.
“Fənər”in yetirməsi olan Melih Bostan artıq 4-cü dəqiqədə superliqada ilk qolunu vurmaqla “Konyaspor”u önə keçirdi. Qonaqlar bu nəticəni 75-ci dəqiqəyə qədər qorusalar da, sonda “ağ bayraq qaldırmalı” oldular. İrfan Can Kahveci və Ən-Nəsiri “Fənər”ə əzmkar qələbə qazandırdı. Beləliklə, “Fənər” “Qalatasaray”dan 11 xal geri qaldı və bu, turnirin tarixində çempionla ən yaxın rəqibi arasında ikinci ən böyük fərq oldu. Rekord 1987/88-də “Beşiktaş”la 12 xallıq fərq yaradaraq çempion olan “Qalatasaray”ın özünə məxsusdu.
Sonuncu tur ərəfəsində yeganə intriqa 3-cü pillə uğrunda mübarizə idi. Bazar günü bu suala da aydınlıq gəldi. “Beşiktaş”, gözlənildiyi kimi, elitadan düşən “Bodrum”u darmadağın etməklə minimum hədəfin öhdəsindən gəldi. Ancaq bu, 3-cü pilləni tutmaq üçün kifayət etmədi. Çünki taleyi öz əlində olan “Samsunspor” “Kayserispor” üzərində möcüzəvi qələbə qazandı. 90-cı dəqiqəyə hesabda geridə daxil olan Samsun təmsilçisi əlavə vaxtda iki qol vuraraq fanatlarına inanılmaz anlar yaşatdı!
Beləliklə, çempion “Qalatasaray” ÇL-də birbaşa əsas mərhələdə oynamaq haqqı qazandısa, “Fənərbaxça” bu turnirdə mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayacaq. Bürünc medallara sahib çıxan “Samsunspor” Avrpa Liqasında mübarizəyə pley-offdan, “Beşiktaş” 3-cü təsnifat mərhələsindən başlayacaq. 5-ci pilləni tutan “İstanbul BŞ” isə Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq və əsas mərhələyə yüksəlmək üçün üç rəqibi keçməli olacaq.
38-ci tur
Qalatasaray – İstanbul BŞ 2:0

Mertens, 17-p. Osimhen, 81.
Qalatasaray: Muslera (Günay Güvənc, 90), Frankovski (Yelert, 63), Kuesta, Sançes (Metehan Baltacı, 78), Yakobs, Kaan Ayhan, Berkan Kutlu, Yusuf Dəmir, Mertens (Şallai, 79), Ahmed Kutucu, Osimhen (Efe Akman, 88).
İstanbul BŞ: Muhammed Şengezər, Yusuf Sarı (Ebosele, 86), Duarte, Ba (Dəniz Türüc, 46), Opoku, Operi, Berat Özdəmir, Ömər Əli Şahinər (Kemen, 70), Umut Günəş (Ömər Bəyaz, 86), Fiqeyredo, Keni.
Fənərbaxça – Konyaspor 2:1
İrfan Can Kahveci, 75. Ən-Nəsiri, 82 – Melih Bostan, 4.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Ləvənt Mercan, 46), Şkrinyar, Yusuf Akçiçək (Çağlar Söyüncü, 74), Kostiç, Fred, İsmayıl Yüksək (Amrabat, 60), İrfan Can Kahveci, Talişka (Oğuz Aydın, 46), Şimanski (Cenk Tosun, 60), Ən-Nəsiri.
Bodrum – Beşiktaş 0:4
Mustafa Həkimoğlu, 12; 45+1. Fernandeş, 27. Mario, 71-p.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Uduoxai, Masuaku (Əmrəcan Terzi, 77), Haciahmetoviç (Nəcip Uysal, 77), Mario, Fernandeş, Mustafa Həkimoğlu (Əmirhan Topçu, 77), Muçi (Arroyo, 72), Rafa Silva (Semih Kılıçsoy, 72).
Antalyaspor – Trabzonspor 0:2
Zubkov, 55. Lundstram, 57.
Trabzonspor: Taha Tepe, Maleyro (Saviç, 89), Salih Malkoçoğlu, Əli Şahin Yılmaz, Okay Yokuşlu, Mustafa Eskihellaç (Taha İnce, 83), Jabol-Folkarelli, Ozan Tufan (Boran Başkan, 65), Lundstram (Arif Boşluk, 82), Zubkov (Sikan, 65), Banza.
Samsunspor – Kayserispor 2:1
Sonər Aydoğdu, 90+5. Muya, 90+8 – Nazon, 46.
Kasımpaşa - Göztəpə 1:2
Ben Uanes, 46 – Ahmet İldiz, 33-p. Uqo, 90+2.
Alanyaspor – Sivasspor 2:0
Enes Kəskin, 33. Arda Usluoğlu, 66.
Çaykur Rizəspor – Hatayspor 5:2
Akintola, 43. Sou, 50; 90+3. Əmrəcan Bulut, 72. Olavoyin, 90 – Yiğit Əli Buz, 68. Kərim Alıcı, 74.
Adana Dəmirspor – Qaziantep 2:2
Aliu, 11; 35 – Maksim, 32-p. Boatenq, 64.
Yekun cədvəl
1. Qalatasaray 36 30 5 1 91-31 95
2. Fənərbaxça 36 26 6 4 90-39 84
3. Samsunspor 36 19 7 10 55-41 64
4. Beşiktaş 36 17 11 8 59-36 62
5. İstanbul BŞ 36 16 6 14 60-56 54
6. Eyüpspor 36 15 8 13 52-47 53
7. Trabzonspor 36 13 12 11 58-45 51
8. Göztəpə 36 13 11 12 59-50 50
9. Çaykur Rizəspor 36 15 4 17 52-58 49
10. Kasımpaşa 36 11 14 11 62-63 47
11. Konyaspor 36 13 7 16 45-50 46
12. Alanyaspor 36 12 9 15 43-50 45
13. Kayserispor 36 11 12 13 45-57 45
14. Qaziantep 36 12 9 15 45-50 45
15. Antalyaspor 36 12 8 16 37-62 44
16. Bodrum 36 9 10 17 26-43 37
17. Sivasspor 36 9 8 19 44-60 35
18. Hatayspor 36 6 8 22 47-74 26
19. Adana Dəmirspor (-12) 36 3 5 28 34-92 2
Bombardirlər: Osimhen (Qalatasaray) – 26, Pyontek (İstanbul BŞ) – 21, Ən-Nəsiri (Fənərbaxça) – 20, Banza (Trabzonspor), Sou (Çaykur Rizəspor) – 19.
Turun rəqəmi
37 – əslində bu, tək turun yox, bütövlükdə mövsümün ən önəmli rəqəmlərindən biridi. Osimhen Türkiyə karyerasını 41 rəsmi oyun 37 qol, 7 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı. Özü də nəzərə alaq ki, o, bir neçə dəfə komanda yoldaşlarına jest edərək penaltini vurmaq hüququnu onlara verdi. XXI əsrdə Türkiyədə heç bir futbolçu bir mövsümə rəsmi oyunlarda bu qədər qol vurmamışdı. Eləcə də indiyə qədər Türkiyədəki ilk mövsümünə 37 qol sığışdıran futbolçu olmamışdı! Osimhen yalnız superliqada bir mövsümə “Qalatasaray”da ən çox qol vuran əcnəbi futbolçu rekordunu yeniləyə bilmədi. Bu rekordun sahibi 2017/18-də 29 qol vuran Bafetimbi Qomisdi. Ancaq Osimhen 26 qolla bombardir olmağı bacardı. “Qalatasaray” 67-ci mövsümü tamam olan turnirdə 19-cu dəfə bombardir çıxarmaqla bu göstəricidə də liderliyini davam etdirdi. “Fənərbaxça”lılar isə indiyə qədər 16 dəfə bombardir olub.
Turun ulduzu
Mustafa Həkimoğlu (Beşiktaş) – haqqında ən çox danışılan gənc futbolçuların başında gələn Mustafa, nəhayət, “partladı”. O, mövsümün əvvəlində “Qalatasaray”a qarşı superkubokda qol vursa da, bu tura qədər superliqada iştirak etdiyi 26 qarşılaşmada qol hesabını aça bilməmişdi. Elitadan düşən “Bodrum” ilə matçı bu futbolçu hələ uzun illər xatırlayacaq. Çünki superliqada ilk qollarını məhz bu rəqibə qarşı vurdu. 18 yaşı yalnız apreldə tamam olan Mustafa həm də “ağ-qaralar”ın heyətində Türkiyə çempionatında qol vuran ilk 2007-ci il təvəllüdlü futbolçu oldu.
Turun sitatı
Dursun Özbək, “Qalatasaray”ın prezidenti:

“Komandamızın uğurları məni çox sevindirir və qürurulandırır. Amma heykəlimin ucaldılmasını istəmirəm. Mən “Qalatasaray”a o məqsədlə xidmət etmirəm. Bizim “Qalatasaray”a borcumuz var və həmin borcu ödəyirik. Bu işi sevə-sevə görürük. İnşallah bizdən sonra gələnlər də kluba eyni dərəcədə xidmət edəcəklər. Bu zəfərlər camiədə yenidən birlik və bərabərliyi ön plana daşıdı”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Bizim üçün önəmli bir oyun idi. Muslera və Mertensin vida matçının gözəl alınması üçün qalib gəlmək istəyirdik. İkisi də son matçında əla oyun sərgilədi. Biri qol vurdu, digəri önəmli seyvlər etdi. Bu 3 il ərzində onlarla birlikdə gözəl anlar yaşadıq və çempionluqlar qazandıq. Ötən həftə fanatlarımızla birlikdə çempionluğu mükəmməl şəkildə qeyd etdik. Həmin tədbirin həyata keçməsində əməyi olan yönəticilərimizə, başqanımıza və fanatlarımıza təşəkkür edirəm. Artıq önümüzdəki mövsüm üçün çalışmalara başlamaq zamanıdı. Hədəfimiz 26-cı çempionluğu qazanmaqdı. Rafa Silva? Bizim heç kimlə transfer görüşümüz olmayıb. Zatən Türkiyədə ən güclü heyət bizdədi. Türkiyədə oynayan heç bir futbolçu ilə görüşməmişik. Xüsusilə də klubu ilə müqaviləsi davam edən bir futbolçu ilə danışıqlar aparmağımız mümkün deyil. Bunlar əsassız və boş yerə gündəmi zəbt edən iddialardı”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Mövsümü ikinci pillədə tamamladıq. Hədəfimiz bu deyildi. Çempionluq yarışından qopduğumuz ana qədər yaxşı performans sərgilədik. Yarış bitəndən sonra komandanı toparlamaq çətin oldu. Bəzi qəribə və izaholunmaz şeylər yaşadıq. “Reyncers”lə oyunda da bunu yaşadıq. Ümumi götürdükdə bu mövsüm bizim üçün xəyal qırıqlığı oldu. Ayrılacaq bəzi oyunçular artıq bəllidi. Bunlardan ikisinin adı rəsmən açıqlanıb. Sen-Maksimin də komanda ilə vidalaşdı. Amma digərləri ilə bağlı durum qeyri-müəyyəndi. Hələ iyunun əvvəllərindəyik. Yeni komanda qurmağın həm mənfi, həm də müsbət cəhətləri olur. Hər məşqçi istəyər ki, toplanışın əvvəlində artıq transferlər tamamlansın. Bu komandadakılar hamısı yaxşı insanlardı. Ola bilər ki, mən dünyanın ən güclü məşqçisi deyiləm və ya burdakı oyunçular dünyanın ən güclüləri deyil. Amma hamımız peşəkarıq. Oyunçular yorğundu. Onların da, mənim də istirahətə ehtiyacımız var. Köməkçilərimdən 3-ü ayrılacaq. Onların yerinə 2 yeni isim əlavə olunacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2025 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see172

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see128

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see127

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see124

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see124

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see122

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see120

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see119

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see119

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see117

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see116

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see116

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see116

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see116

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see115

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see115

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see115

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see115

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri