Icma.az
close
up
RU
Qalatasaray Osimhen transferini həll etdi Müqavilə şərtləri açıqlandı

Qalatasaray Osimhen transferini həll etdi Müqavilə şərtləri açıqlandı

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray" nigeriyalı hücumçu Viktor Osimhenin transferi üçün "Napoli" klubu ilə razılıq əldə edib. 

Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, transferin rəsmiləşməsi üçün yalnız klub prezidenti Aurelio de Laurentiisin son təsdiqi gözlənilir. Danışıqlarda tərəflər bütün əsas şərtlər üzərində anlaşma əldə edib. Müqaviləyə bir sıra əhəmiyyətli bəndlərin daxil edildiyi bildirilir.

"Qalatasaray" rəhbərliyi artıq uzun müddət davam edən Osimhen transferini gələn həftənin əvvəlində rəsmiləşdirmək niyyətindədir. "Sarı-qırmızılılar" danışıqların uğurla nəticələnməsi üçün bütün imkanlarını səfərbər edib.

"Napoli" prezidentinin davamlı dəyişən tələblərinə baxmayaraq, Osimhen transferində israrını davam etdirən İstanbul klubu qarşı tərəfin demək olar ki, bütün şərtlərini qəbul edib.

"Qalatasaray" transferin ilkin mərhələsində 40 milyon avronu nağd şəkildə ödəməyi planlaşdırır. Qalan 35 milyon avro isə 2026-cı ilin sonuna qədər maksimum iki hissədə ödənəcək. Bu ödənişlər üçün tələb olunan bank zəmanətləri də müxtəlif variantlar əsasında hazırlanıb.

İtaliya klubunun istəyi ilə müqaviləyə xüsusi bir bənd əlavə ediləcək. Bu bəndə əsasən, Osimhen qarşıdakı iki il ərzində hər hansı bir İtaliya klubuna satıla bilməyəcək.

Əlavə olaraq, Osimhenin gələcəkdə başqa bir kluba transferi baş tutarsa və bu satış 75 milyon avronu keçərsə, əldə olunan gəlirin müəyyən faizi "Napoli” klubuna ödənəcək. İtaliya mətbuatına görə bu faiz 10-15% aralığında olacaq.

Artıq transferin yekunlaşması üçün yalnız "Napoli" prezidenti de Laurentiisin son imzası tələb olunur. İki klubun nümayəndələri son prosedur detalları üzərində danışıqları davam etdirir. Osimhen isə "Napoli"nin razılıq verməsini gözləyir və tezliklə "Qalatasaray"ın düşərgəsinə qoşulmağa hazırdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri