Icma.az
close
up
RU
Qalatasaray Osimhenə qovuşdu!

Qalatasaray Osimhenə qovuşdu!

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

''Qalatasaray'' camiəsinin Viktor Osimhen ilə bağlı həsrəti nəhayət, başa çatdı.

2025-ci il 30 iyul tarixi ''Qalatasaray''ın Osimhenə, Osimhenin də ''Qalatasaray''a qovuşduğu tarix kimi xatırlanacaq. Türkiyə çempionu ''Napoli''nin bütün tələblərini yerinə yetirən kimi və təminat sənədi təqdim edən kimi nigeriyalı forvardın keçidi bitdi.
''Cim-Bom'' əvvəlcə sosial şəbəkədə üzərinə ''hazırıqmı'' yazılmış maska videosu paylaşdı. Transferin bitməsini səbirsizliklə gözləyən Osimhen çərşənbə axşamı Almaniyaya yollanmışdı. Onu gətirməli olan xüsusi təyyarə dünən Osimheni Volfsburq hava limanından götürdü. Yerli vaxtla saat 19.05-dən etibarən klubun ''yutub'' kanalında və ''GS plus'' tətbiqində Osimheni getiren təyyarənin təqib yayını başladı. Bu yayını 2,1 milyon insan izlədi.
Daha sonra ''Ultraslan'' bütün fanatları hava limanına dəvət etdi. Yerli vaxtla saat 21.30-da isə Osimheni gətirən təyyarə ''Atatürk'' hava limanına eniş etdi. Gözlənildiyi kimi ünlü futbolçu minlərlə azarkeş tərəfindən böyük izdihamla qarşılandı. İlk açıqlamalarını verən ''evimdəyəm, olmaq istədiyim yer məhz bura idi. Yalnız ''Qalatasaray''. Bu ilin əvvəlindən ağlımda olan şey yalnız bu idi. Bu fanatlar ən yaxşısına layiqdi. Fikir verin, bu qədər insan hava limanına yalnız bir nəfəri qarşılamaq üçün gəlib. Hər kəsə təşəkkür edirəm. ''Qalatasaray'' üçün əlimdən gələni edəcəm'' deyən Osimhen fanatlarla ''üçlü çəkdirdikdən'' sonra növbəti dəfə qəlbləri fəth etdi.
O, maşınına əyləşmək istəyərkən onu qarşılamağa gələnlər arasında əlil arabasında bir uşağın olduğunu gördü. 26 yaşlı futbolçu maşına əyləşmədən öncə həmin azarkeş ilə şəkil çəkdirdi.
Qeyd edək ki, Osimhen bu gün tibbi müayinədən keçəcək. Avqustun 2-də isə ''Latsio'' ilə yoxlama matçından öncə həm onun, həm də almaniyalı ulduz Leroy Sane üçün imza mərasimi keçiriləcək.
Onu da bildirək ki, Türkiyə futbolu tarixinin açıq-ara fərqlə yeni transfer rekordu qeydə alınıb. Çünki ''Qalatasaray'' 75 milyon avro ödəyəcək. Bu məbləğin 40 milyonu nəğd, 35 milyonu 2026-cı ilin sonuna qədər ödəniləcək.
Bundan başqa müqavilədə 5 milyon avroya qədər bonuslar və sonrakı satışdan ''Napoli''yə çatacaq 10 faiz pay maddəsi də var. Osimhenin özünün illik maaşı isə 16 milyon avroya bərabər olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri