Qalatasaray Osimhenin təzminat qiymətini müəyyənləşdirdi
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qalatasaray" hazırda bir çox nəhəng klubun maraq dairəsinə düşən nigeriyalı ulduz hücumçusu Viktor Osimhen üçün təzminat qiyməti müəyyənləşdirib.
QOL.az bu barədə "Türkye Gazetesi"nə istinadən məlumat verir. Qeyd edilir ki, "sarı-qırmızı"lı klub bu məbləğdən az təkliflərə cavab verməyəcək. Bildirilir ki, Osimhenə 140 milyon avro təzminat qiyməti qoyulub.
26 yaşlı futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Osimhen 2025–2026 mövsümünə də uğurlu başlayıb. O, Süper Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 9 oyunda 6 qol vurub.
Nigeriyalı oyunçunun adı yenidən “Barselona”, PSJ kimi Avropanın aparıcı klubları ilə hallanır və yaxın günlərdə bu komandaların "Qalatasaray"la rəsmi danışıqlara başlaması gözlənilir.
Xatırladaq ki, İstanbul klubu bu yay Osimheni "Napoli"dən (İtaliya) 75 milyon avroya birdəfəlik transfer edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 31 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















