Qalatasaray prezidentinə ağır cəza
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın prezidenti Dursun Özbekə və kluba cərimə kəsib.
Milli.Az xəbər verir ki, TFF-nin açıqlamasına əsasən, prezident Dursun Özbekin televiziya proqramlarında və klubun sosial media hesablarında verdiyi açıqlamalar cəzalandırılmasına səbəb olub.
Bu açıqlamalara görə Dursun Özbek 150 min Türkiyə lirəsi məbləğində cərimə olunub və 30 gün futbolla bağlı hüquqlarından məhrum edilib. Klubun sosial mediada etdiyi paylaşımlar üçün isə əlavə olaraq 210 min lirə cərimə tətbiq edilib.
Həmçinin, "Qalatasaray"ın "Sivasspor"la oyununda meydana gələn insidentlər və idmana yaraşmayan davranışlara görə klub ümumilikdə 785 min Türkiyə lirəsi cərimələnib.
Fidan
Milli.Az
Baxış sayı:76
Bu xəbər 13 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















