Icma.az
close
up
RU
Qalatasaray rəsmisi stadiondakı səs küylə bağlı iddialara cavab verdi

Qalatasaray rəsmisi stadiondakı səs küylə bağlı iddialara cavab verdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Qalatasaray'' meydanda, klubun fanatları isə tribunalarda adından söz etdirməkdə davam edir.

"Football-plus.az" xəbər verir ki, Türkiyə çempionu son iki ev matçında ''Liverpul'' və ''Bude/Qlimt''i məğlub edərək Çempionlar Liqasında uzun illərdən sonra ilk dəfə ardıcıl iki qələbə qazandı.
Hər iki qarşılaşmaya da fanatların ''Rams Park''da yaratdıqları atmosfer damğa vurdu. Rəqiblər sözün əsil mənasında bu oyunlarda cəhənnəmi hiss etdilər. Fanatların yaratdığı səs-küy və uğultu isə ''Cim-Bom'' üçün sanki əlavə bir silahdı. ''Liverpul''lu Məhəmməd Salah İstanbulda ehtiyat skamyaya əyləşərkən əlləri ilə qulaqlarını tutmuşdu. Çərşənbə günkü oyunda isə ''Bude/Qlimt''in baş məşqçisi Kyetil Knutsen ''Rams Park''a qulaq tıxacı taxaraq çıxmışdı. Amma bunun ona faydası olmadığından oyunun gedişində həmin tıxacları çıxarmışdı. Bunu Knutsen oyunsonrası mətbuat konfransında özü etiraf etmiş və hətta səs-küydən baş ağrısından əziyyət çəkdiyini də bildirmişdi.
Bu arada ''Qalatasaray''ın media üzrə əlaqələndiricisi Coşkun Gülbahar yayılan iddialarla bağlı Norveçin ''Daqbladet'' nəşrinə acıqlamalar verib. Son matçın ardından sosial şəbəkələrdə və bəzi mənbələrdə belə iddia ortaya atılmışdı ki, guya ''Rams Park''da uğultu və fit səsləri süni şəkildə gücləndirilir. Yəni o səslər əslində səsgücləndirici və mikrofonlarla yaradılır. Amma Gülbahar bu iddianı təkzib edərək bunlarla deyib:

''Bunlar həqiqətə uyğun xəbərlər deyil. Təbii ki, o səs yalnız fanatlardan gəlir. Bəlkə də ilk dəfə stadionumuza gələnlər üçün bu boyda səs-küy təəccüblü görünə bilər. Ancaq ''Qalatasaray''ın stadionunda hər zaman bu cür atmosfer olur. Xüsusilə də avrokubok matçlarında. Üç həftə öncə eyni gurultu ''Liverpul'' ilə oyunda da var idi. Türk xalqının futbola olan sevgisi, coşqusu məhz bu cürdü''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Oktyabr 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri