Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

“Qalatasaray” son illərdə Kadıköydə üstündü

“Qalatasaray” son illərdə Kadıköydə üstündü

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 6-da Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atıldı.
“Qalatasaray” qrupunu ikinci pillədə tamamladığından bu mərhələdə mütləq bir “əjdaha” cüt yaranacaqdı. Çünki “səpələnmişlər” arasında “Trabzonspor”, “Fənərbaxça” və “Beşiktaş” var idi. Bu nəhənglər, eləcə də “Konyaspor” qrupu zirvədə tamamlamışdı. Amma Konya təmsilçisi məhz “Qalatasaray”ın qrupunda lider olduğuna görə bu komandaların 1/4-də düşmək ehtimalı yox idi. Digər qrup liderlərindən isə “Qalatasaray”a “Fənərbaxça” qismət oldu!
Beləliklə, 1/4 finalda bizi barışmaz rəqiblərin növbəti dueli gözləyir. Qaydalara görə bu mərhələdə qalib bir oyunla müəyyənləşir və görüş qrup liderinin meydanında keçirilir. Yəni İstanbul derbisi Kadıköydə baş tutacaq. Mərhələnin digər cütləri isə bunlardı: “Beşiktaş” – “Göztəpə”, “Trabzonspor” – “Bodrum”, “Konyaspor” – “İskəndərunspor”. Oyunlar aprelin 1-3-də adı birinci göstərilən komandaların meydanında keçiriləcək. Yarımfinaldakı mümkün cütlər də bəllidi. Belə ki, derbinin qalibi “Konyaspor” – “İskəndərunspor” cütünün qalibi ilə, “Trabzonspor” - “Bodrum” cütünün qalibi isə “Beşiktaş” – “Bodrum” cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinal oyunları aprelin 22-24-də, final matçı mayın 14-də keçiriləcək.
İki nəhəngin bir-birinə rəqib olduğu bilinən kimi hakimlik məsələsi gündəmə gəldi. Çünki ən son bu komandaların fevralın 24-də “Rams Park”da keçirilən və qolsuz bitən oyununu sloveniyalı Slavko Vinçiç idarə etmişdi. Püşkatma mərasiminin ardından “Fənər”in vitse-prezidenti Acun Ilıcalı bunları dedi:

“Kubokda “Qalatasaray”la düşdük. Xeyirli olsun. Öz meydenımızda oynayacağımız üçün kiçik üstünlüyümüz olacaq. Əcnəbi hakim mövzusunda qulağıma çatan məlumata görə rəqib cəbhənin də belə istəyi var. Buna yalnız sevinərik. Bizim Kadıköydə yerli hakimlərlə, başqa stadionlarda isə əcnəbi hakimlərlə oynamaq kimi bir iddiamız yoxdu. Bizim dərdimiz yalnız ədalətli idarəçilikdi. İnşallah, qarşı tərəfdən də belə bir tələb gələr. Çünki biz əcnəbi hakimin tərəfdarıyıq”.


Hələlik ortada rəsmi açıqlama olmasa da, Türkiyə mətbuatının yazdığına görə, “Qalatasaray” da bu derbiyə əcnəbi hakim tələb edir. Özü də “sarı-qırmızılar” tək əcnəbi hakim yox, təhlükəsizlik üçün 10 min polis də tələb edir. Yəni ötən ay baş tutan derbidəki şərtlərin olmasını istəyirlər. “Rams Park”da da təhlükəsizliyi 10 minə yaxın polis təmin etmiş və bu durum hətta Slavko Vinçiçi də təəccübləndirmişdi.
Bu arada digər bir şayiəyə inansaq, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu yenidən derbiyə əcnəbi referinin çağrılmasını istəmir. O, hakimlərlə keçirdiyi toplantıda “bir daha əcnəbi hakim gəlməyəcək. Bunu bircə dəfə etdik. Mövsümün qalan hissəsində sizə güvənirik” ifadəsini işlədib. Amma Hacıosmanoğlu artıq özünü elə vəziyyətə salıb ki, onun heç bir sözünə güvənmək olmur. Çünki o, ötən ilin noyabrında “mən bu vəzifədə olduğum müddətdə bu ölkəyə əcnəbi hakimin ayağı dəyməyəcək” kimi iddialı açıqlama vermişdi. Amma göründüyü kimi sonradan bu vədinə əməl edə bilmədi.
Yeri gəlmişkən, “Qalatasaray”ın son illərdə Kadıköydə “Fənərbaxça”ya qarşı üstünlüyü diqqəti çəkir. Bir ara “Cim-Bom” əzəli rəqibini səfərdə 20 il yenə bilməmiş və bu tarixi seriya 2020-nin fevralında 3:1-lik qələbə ilə başa çatmışdı. Sonrakı dönəmlərdə “sarı-qırmızılar” “Ülkər”də 2021-in fevralında 1:0, 2023-ün yanvarında 3:0 və 2024-ün sentyabrında 3:1-lik qələbələr qazanıb. Bu müddətdə “Fənər” evdə yalnız 2022-nin aprelində 2:0-lıq qələbəyə sevinib. 2023-ün dekabrında isə qolsuz bərabərlik qeydə alınıb.
Başqa sözlə desək, “Qalatasaray” səfərdə “Fənər”ə qarşı keçirdiyi son 6 oyundan 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb.
ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Mart 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri