Qalatasaray Trabzonspor u devirdi Aslan lar Türkiyə Kubokunun sahibi oldu
Icma.az, Mia.az saytına istinadən bildirir.
Ziraat Türkiyə Kubokunun finalında “Trabzonspor”la “Qalatasaray” üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantep Böyükşəhər Stadionunda baş tutan final matçında “Trabzonspor” gözlənildiyi kimi, “Qalatasaray”a boyun əyib.
Gənclər və İdman naziri Osman Aşkın Bak, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun meydançadan canlı izlədiyi qarşılaşma “Qalatasaray”ın mütləq qələbəsiylə bitib - 3:0.
Oyunun 5-ci dəqiqəsində Barış Alper Yılmaz hesabı açıb: 1-0.
46-cı dəqiqədə Osimhen fərqi artırıb - 0-2.
63-cü dəqiqədə Osmihen daha bir qola imza atıb - 0-3.
Beləliklə, "Qalatasaray" meydanı 3:0 hesabı ilə tərk edərək kubokun sahibi olub.
Bununla da sarı-qırmızılı komanda tarixində 19-cu dəfə kuboku öz muzeyinə aparıb. “Trabzonspor” isə 17-ci dəfə mübarizə apardığı finalda 8-ci dəfə məğlub olub
Fərid ASLAN
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 15 May 2025 05:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















