Icma.az
close
up
RU
Qalatasaray transfer etmək istədiyi ulduzun menecerini İstanbula gətirdi

Qalatasaray transfer etmək istədiyi ulduzun menecerini İstanbula gətirdi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu mövsüm Türkiyə çempionatından başqa Avropa Liqasında da uğurlu çıxış etmək istəyən ''Qalatasaray''la bağlı mühüm bir transfer xəbəri yayılıb.

İstanbul nəhəngi mövsümün sonuna qədər sıradan çıxan Mauro İkardinin boşluğunu Paulo Dibala ilə doldurmaq niyyətindədi. Argentinalı ulduzun meneceri Karlos Novel artıq İstanbula gəlib.
Məlum olub ki, ''Cim-Bom'' Dibala ilə hələ ötən aydan etibarən maraqlanmağa başlayıb. Noyabrda yığma fasiləsində baş məşqçi Okan Buruk yönətici Abdulla Kavukçu ilə birlikdə tətil üçün bir neçə günlük İtaliyaya yollanmışdı. Həmin vaxt onlar ''Qalatasaray''la yaxşı əlaqələri olan menecer Corc Qardi ilə görüşmüş və transfer planını müzakirə etmişdilər. Məhz noyabrda ilk dəfə Dibalanın meneceri ilə əlaqə yaradılmışdı. Elə Buruk özü də bu futbolçu ilə gizli şəkildə görüşmüşdü. Ona görə də 31 yaşlı futbolçunun meneceri danışıqları davam etdirmək üçün İstanbula gəlib.
O, dünən tribunada ''Qalatasaray'' - ''Trabzonspor'' matçını da izləyib. Dibalanın ''Roma''dakı durumu heç də qənaətbəxş deyil. Paytaxt təmsilçisi mövsümü zəif keçirir və qışda komandanın heyətində çox ciddi dəyişikliklərin olacağı gözlənilir. Dibala illik 12 milyon avro maaşın qarşılığında ''Roma''ya gözlənilən faydanı verə bilmir. Ona görə də rəhbərlik qışda onunla vidalaşmaq, belə desək, bu futbolçunu dəyər-dəyməzinə satmaq istəyir. Çünki dünya çempionunun ''Roma'' ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Düzdü, hələ birillik şərti müqavilə də mövcuddu. Amma bu şərt yalnız Dibala ən azı 25 rəsmi oyuna çıxdıqda qüvvəyə minəcək. Hazırda bu futbolçunun aktivində 18 oyun var.
Şayiələrə inansaq, ''Qalatasaray'' italyanlara 10 milyon avro təklif edib. Dibalanın ''transfermarkt''da dəyəri 12 milyon avro göstərilib. Dibalanın bu mövsüm 18 rəsmi oyunda yalnız 2 qol, 1 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri