“Qalatasaray” transferə doymur Növbəti yırtıcı gəlir
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qalatasaray” “Mançester Siti”nin futbolçusu Manuel Akancini transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, klublar arasında danışıqlar məhsuldar alınıb. Fabrizio Romanonun sözlərinə görə, “Qalatasaray” və “Mançester Siti” 15 milyon avroya razılıq əldə edilib. Xəbərdə bildirilir ki, klublar razılığa gəlsələr də, futbolçu ilə hələlik razılıq əldə olunmayıb. Məlumata görə, “Milan” klubu da futbolçunun xidmətində maraqlıdır. “Milan” klubunun “Mançester Siti” ilə danışıqlar apardığı irəli sürülüb.
Qeyd edək ki, Manuel Akanci ötən mövsüm "Mançester Siti"nin heyətində 40 oyunda 2 məhsuldar ötürmə edib.

