Icma.az
close
up
RU
Qalatasaray Türkiyə yığmasının üzvünün transferini bitirmək üzrədi

Qalatasaray Türkiyə yığmasının üzvünün transferini bitirmək üzrədi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Qalatasaray'' bu qışın ilk transferini reallaşdırmağa yaxındı. Belə ki, Ərən Elmalıya görə ''Trabzonspor''la aparılan danışıqlar uğurlu şəkildə irəliləməkdədi.

''Football-plus.az'' xəbər verir ki, tərəflər artıq ilkin razılıq əldə ediblər və Trabzon təmsilçisi İstanbul nəhənginin 3 milyon avroluq təklifini qəbul edib. Müqaviləyə şərtlərə bağlı olan 500 min avroluq bonus, eləcə də sonrakı satışdan 20 faiz pay da əlavə ediləcək. Ərənin ''Cim-Bom''da illik maaşı isə 1 milyon avroya yaxın olacaq.
Bu transferdə ən çox baş məşqçi Okan Buruk israr edir. Təcrübəli mütəxəssis müdafiənin solunda oynayan və Türkiyə yığmasına da daimi dəvət alan 24 yaşlı futbolçunu çox bəyənir. Buruk Elmalını yeni səviyyəyə qaldıra biləcəyini düşünür. Elmalının gəlişi ilə həm heyətdə yerli futbolçuların sayı artacaq, həm də Burukun müdafiənin solunda alternativləri güclənəcək. Məşqçi bu futbolçuya tək tez-tez zədələnən İsmail Yakobsun əvəzləyicisi kimi baxmır. Burukun fikrincə, Elmalı 3 müdafiəçili takitakaya da tam uyğun gəlir və sol mərkəz müdafiəçisi kimi oynamağa qadirdi. Bundan başqa o, Ərəndən lazım gəldikdə dayaq yarımmüdafiəçisi kimi də faydalanmaq niyyətindədi.
Ən əsası istedadlı futbolçu özü də ''Qalatasaray''da oynamağa can atır. Türkiyə kubokunda ''Alanyaspor''a qarşı oyunda Elmalının adının ''Trabzonspor''un iştirak ərizəsinə salınmaması bu keçidin bitmək üzrə olması barədə iddiaları daha da artırıb.
Yanvarın 13-də ''transfer pəncərəsi'' açılan kimi ''Qalatasaray''ın bu keçidi rəsmən açıqlayacağı gözlənilir. ''Kasımpaşa''nın yetirməsi olan və 2022-dən trabzonluların şərəfini qoruyan Ərən bu mövsüm 19 rəsmi oyunda iştirak edərək aktivinə 1 məhsuldar ötürmə yazıb.
ƏLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Yanvar 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri