“Qalatasaray” ulduz futbolçu ilə razılaşdı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Türkiyənin “Qalatasaray” klubu Almaniyanın “Bavariya” klubunun sağ cinah oyunçusu Leroy Sane ilə razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “Qalatasaray” rəhbərliyinə istinadla məlumat yayıb.
Məlumata görə, futbolçu ilə bütün razılıqlar əldə olunub və yaxın vaxtlarda transferlə bağlı rəsmi açıqlama verilməlidir.
Qeyd edık ki, Sanenin “Bavariya” ilə müqaviləsi iyunun 30-da başa çatır. O, 2020-ci ildən “Bavariya”da çıxış edir.
29 yaşlı futbolçunun transfer dəyəri 32 milyon avro olsa da, “Qalatasaray” onu azad agent kimi alacaq.
Sanenin “Qalatasaray”la müqaviləsinin təfərrüatları hələlik məlum deyil.
Xatırladaq ki, 2024/2025 mövsümündə futbolçu bütün klub turnirlərində 45 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:“Qalatasaray” ulduz futbolçu ilə danışıq aparır
13 Fevral 2025 11:54
Ulduz futbolçu Qalatasaray a gəlir?
05 Aprel 2025 15:30
Ulduz futbolçu Qalatasaray dan gedir
25 İyun 2025 19:29
Ulduz futbolçu “Qalatasaray”dan ayrıldı
04 Fevral 2025 00:37
Ulduz futbolçu Qalatasaray ın hədəfində
16 Yanvar 2025 21:36
Baxış sayı:66
Bu xəbər 11 İyun 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















