Qalatasaray ulduz futbolçunu transfer etmək istəyir
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qalatasaray" hücum xəttini dünya ulduzu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Məhəmməd Salahı heyətinə qatmağa çalışır. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Qalatasaray"ın nümayəndələri artıq misirli vingerin meneceri ilə görüşüb. "Sarı-qırmızılar" 32 yaşlı ön xətt oyunçusuna illik 20 milyon avro maaş təklif edib. "Cim bom" bu maaşı sponsorların dəstəyi ilə ödəməyi planlaşdırır.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Təcrübəli futbolçu Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 365 rəsmi matçda 220 qol və 98 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:Qalatasaray erməni futbolçunu transfer etmək istəyir
14 Oktyabr 2025 11:35
“Qalatasaray” ulduz futbolçunu istəyir
02 İyul 2025 12:21
Qalatasaray ulduz futbolçunu istəyir
17 İyul 2025 09:43
Qalatasaray ulduz futbolçunu istəyir
21 Yanvar 2025 00:04
Qalatasaray ulduz futbolçunu transfer edəcək
26 Dekabr 2024 14:23
Baxış sayı:70
Bu xəbər 09 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















