Qalatasaray ulduz qolkiper üçün İngiltərə nəhəngi ilə rəsmi danışıqlara başlayacaq
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu Fernando Musleranın boşluğunu İngiltərə nəhəngi olan "Mançester Siti"nin ulduz qolkiperi Edersonla doldurmaq istəyir.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, İngiltərə klubu qolkiperin performansından narazı olduğu üçün yolları ayırmaq qərarına gəlib.
"Qalatasaray" rəsmiləri isə bu səbəbdən Edersonun transferi üçün "Manester Siti" ilə danışıqlara başlamaq istəyirlər.
Türkiyə mediasında yayılan xəbərlərə görə, tərəflər arasında ilk danışıqlar telefon vasitəsilə olub və müsbət yekunlaşıb.
Qeyd edək ki, "Qalatasaray" Ederson üçün "Mançester Siti" klubuna 10 milyon avro təklif etməyi planlaşdırsa da, qolkiperin ümumi dəyəri 25 milyon avrodur.
Baxış sayı:116
Bu xəbər 18 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















