“Qalatasaray” və “Fənərbağça” onun üçün yarışa girdi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qalatasaray” və “Fənərbağça” “Milan”ın formasını geyinən fransalı ulduz Kristofer Nkunku üçün rəsmi danışıqlara başlayıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, “Milan” mövsümün əvvəlində “Çelsi”dən 37 milyon avro qarşılığında transfer etdiyi 28 yaşlı hücumçu üçün 35 milyon avro tələb edir.
Həmçinin, Premyer Liqa klubları və “Yuventus” Nkunkunu izləsə də, indiyədək ən konkret təkliflər “Qalatasaray” və “Fənərbağça”dan gəlib.
Qeyd edək ki, futbola PSJ-nin akademiyasında başlayan Nkunku daha sonra “Leypsiq”, “Çelsi” və “Milan” formalarını geyinib. O, 2022–2023 mövsümündə Bundesliqada bombardir olub və “İlin futbolçusu” mükafatını qazanıb.
Əlavə edək ki, Super Liqanın ilk yarısını “Qalatasaray” 42 xalla lider, “Fənərbağça” isə 39 xalla ikinci pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















