Icma.az
close
up
RU
Qalatasaray və Osimhen Amsterdamda tarix yazdı

Qalatasaray və Osimhen Amsterdamda tarix yazdı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionlar Liqasında əsas mərhələnin 4-cü turuna yekun vuruldu. Amsterdamda ''Ayaks''ın qonağı olan ''Qalatasaray'' daha bir mühüm qələbə qazanaraq fanatlarını sevindirdi.

"Football-plus.az" xəbər verir ki, ilk yarısı qolsuz başa çatan görüşdə Türkiyə çempionu fasilədən sonra 3 cavabsız qol vuraraq rəqibinə heç bir şans vermədi.
Əvvəlki qələbələrdə olduğu kimi Viktor Osimhen yenə ön plana çıxdı. İkisi penaltidən olmaqla 3 qol vuran və peşəkar karyerasında ilk dəfə avrokubok matçında het-trik edən nigeriyalı ulduz yenə önəmli göstəricilərə nail oldu. ''Sarı-qırmızılar''ın heyətində ÇL-də het-trik edən sonuncu futbolçu 2012-ci ildə ÇFR ilə oyunda Burak Yılmaz olmuşdu. Osimhen hələ ötən tur ardıcıl 7-ci avrokubok matçında fərqlənməklə klub tarixində yeni rekorda imza atmışdı. Bu dəfə isə rekordu bir qədər də yaxşılaşdırdı.
Ümumiyyətlə avrokuboklarda bundan daha yaxşı seriyaya malik olan son futbolçu Robert Levandovski olub. Polşalı qoleador 2020-21-ci illərdə avrokuboklarda ardıcıl 9 qarşılaşmada fərqlənmişdi. Osimhen ardıcıl iki ÇL matçında ən azı iki qol vuran ilk ''Qalatasaray''lı futbolçu oldu. Ən əsası 26 yaşlı forvard ''Cim-Bom''un heyətində avrokuboklarda vurduğu qolların sayını 12-yə yüksəltdi. O, klubun avrokuboklarda ən məhsuldar əcnəbi oyunçuları siyahısında George Haci ilə Mario Jardel kimi isimləri geridə qoydu və zirvədə qərarlaşan Milan Baroş ilə Şabani Nondaya çatdı. Yəni gələn tur da fərqlənəcəyi təqdirdə Osimhen avrokuboklarda klub tarixinin ən məhsuldar əcnəbi futbolçusuna çevriləcək. Onun hazırda 6 qolla ÇL-də bombardirlər siyahısına başçılıq etdiyini də bildirək.
''Qalatasaray'' həm də ''Ayaks''ı səfərdə məğlub edən ilk Türkiyə təmsilçisi kimi tarixə düşdü. Buna qədər Türkiyə klubları bu rəqibə qarşı 8 səfər oyunundan 1 heç-heçə, 7 məğlubiyyətlə ayrılmışdılar. ''Ayaks''ı avrokuboklarda səfərdə darmadağın edən son klub isə 2022-ci ildə ''Liverpul'' (3:0) olmuşdu.
Beləliklə, xalını 9-a yüksəldən ''Qalatasaray'' liqa mərhələsində 4-cü turu 9-cu pillədə tamamladı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Noyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri