Qalatasaray zədəli futbolçuları ilə bağlı açıqlama yaydı
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu iki zədəli futbolçusu ilə bağlı açıqlama yayıb.
Sfera.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Superliqanın XV turunda səfərdə "Sivasspor"a qalib gəldikləri görüşdə (3:2) xəsarət alan hücumçu Viktor Osimhenin sağ ayağındakı əzələsində gərilmə və qanaxma aşkarlanıb.
Həmin qarşılaşmada zədə alan Barış Alperin sol dizinin yan bağlarında dartılma, orta dərəcəli gərilmə müəyyən edilib. Bundan əlavə, onun ayaq biləyinin daxili yan bağında gərilmə, qanaxma, bilək sümüklərində ödəm (mayenin həddindən artıq yığılması) aşkar olunub.
Hər iki futbolçunun müalicəsinə başlanılıb.
Baxış sayı:234
Bu xəbər 09 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















