“Qalatasaray”a satmadılar, Milan da oynayacaq
Lent az saytına istinadən Icma.az xəbər verir.
“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji karyerasını “Milan”da davam etdirə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, klublar arasında danışıqlar uğurla gedir. 30 yaşlı isveçrəlinin transferi onun qərarından və tərəflərin yekun razılaşmasından asılı olacaq.
Daha əvvəl bildirilib ki, “Qalatasaray” da Akanjinin transferi ilə bağlı 17 milyon avro müqabilində razılıq əldə edib, lakin sövdələşmə baş tutmayıb.
Xatırladaq ki, müdafiəçi İsveçrə futbolunun yetirməsidir, “Vintertur”, “Bazel” və Dortmund “Borussiya”sında çıxış edib. 2017-ci ildən İsveçrə millisində oynayır. “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt onun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 29 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















